Source: Meydan Tv

Dilqəm Əsgərov: “Mənə irad tutan adamlar yalan danışır”

“Başımdan vurulandan sonra bir tərəfim iflic oldu. Ayaq əzələlərimdə problemlər yaranıb bu neçə gündə. Yaxşı yeriyə bilmirəm”.

Bu sözləri 6 il erməni əsirliyində qalan Dilqəm Əsgərov deyir. Şuşa həbsxanasında yaşananların izlərini bütün həyatıboyu bədənində və ruhunda hiss edəcək kimi görünür.

“Gorusda mənim başımı qapının arasına qoydular... Alnıma o qədər yumruqla döydülər ki, tamam huşumu itirdim. Sonra da sürüdülər, pal-paltarımı cırdılar. Qırmızı Xaç Komitəsi gəldi, vəziyyətimi gördü. Nə cür məsələ qaldırdısa, 4 erməni müstəntiqi gəldi həbsxanaya. Nə qədər elədilər, mən ərizə yazmadım. Mən özümü alçaltmaq istəmədim, Qırmızı Xaç Komitəsi səs-küy salsın ki, Əsgərovun başını divara vurublar”, -Dilqəm Əsgərov deyir.

Dilqəm Əsgərov deyir ki, işgəncələrdən sonra 3 gün gözləri görməyib. 24 saat burnundan qan gəlib.

Həbsxanada günlərini radio dinləməklə keçirib. 4 divarın arasına sığışıb qalmayıb, həmişə siyasi xəbərlərdən agah olub. Ona görə də tezliklə Kəlbəcərin də, özünün də azad olacağına inamı itməyib.

Dilqəm Əsgərov əsirlikdən qaytarılandan sonra yerli mediaya verdiyi müsahibələrin birində Qarabağ ermənilərinin həbsxanada onunla yaxşı davrandığını söyləyirdi. Bu fikirləri qınaqlara və müzakirələrə səbəb olub.

"Mənə irad tutan adamlar var, istər hökumət olsun, istər polis. Onlar yalan danışır. Erməninin birinci düşməni mənəm. Mən də mübarizəmi aparmışam. Mənə irad tuturlar ki, sən bu sözü belə deyirsən, belə de. Sözləri var, gedib orada desinlər. Mənim 60 yaşım var, yalan danışa bilmərəm. Məni ermənilər toka da verdi, barmağımı da qırdı, ac da saxladı. Bu, başqa söhbətdir, bu, mənim yadımdan çıxası deyil. Qaldı ki, bu biri məsələ, Qarabağ ermənisi deyir barışaq Azərbaycanla", - keçmiş əsir Dilqəm Əsgərov deyir.

Dilqəm Əsgərov 100-ə yaxın döyüş yoldaşını itirib. Deyir ko, onlar yaddaşında dipdiridir. Şuşa həbsxanasında ən çox düşündüyü, darıxdığı dostu Kəlbəcərdə öldürülən Həsən Həsənov olub. Bakıya gələn kimi ilk onun məzarını ziyarət edib.

““Yeddi oğul istərəm” filminə baxmısınız? Orada bir gözəl epizod var. Bəxtiyar axırda tək qalır, xəyalən döyüş yoldaşları gözünün qabağına gəlir. 7 nəfər dağın başı ilə atla gedir. Mənim döyüş yoldaşlarım o cür hamısı xəyalımdan gəlib keçirdi həmin o Şuşa “türməsində”.

Qarabağ uğrunda 44 günlük müharibədən sonra erməni girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbaycana qaytarılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/niwq40

Most Viewed