Dil bariyeri Gürcüstanda etnik azərbaycanlı seçiciləri çaşdırır

Azərbaycanlılar hətta hansı partiyanın öz səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Saakaşviliyə məxsus olduğunu bilmirlər

Source:


Azərbaycanlılar hətta hansı partiyanın öz səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Saakaşviliyə məxsus olduğunu bilmirlər

Gürcüstanın Avropalı Gürcüstan Partiyasının Daştəpə kəndindəki 20-dən çox sadiq üzvü ötən il ərzində bazar günü keçirilən seçkilərdə öz namizədləri David Bakradzeyə səs vermək üçün hazırlaşıb.

Böyük problem budur ki, onlar əslində Hollandiyada faktiki sürgündə olan keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarlarıdır. Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası prezidentliyə namizəd Qriqor Vaşadze üçün çalışır.

Lakin oktyabrın 1-nə qədər onlar Avropalı Gürcüstan Partiyasının 2016-cı ildə Vahid Milli Hərəkat Partiyasından ayrılan siyasi qrup olduğunu və Bakradzeyə səs verməyin Saakaşvilinin partiyasının əksinə getmək olduğunu bilmirdilər.

Daştəpə Kvemo Kartli bölgəsində yerləşən və daha çox azərbaycandilli əhalinin yaşadığı bir neçə kənddən biridir. Burada seçicilərin məlumatlılığı azdır. Onlar hətta hansı partiyanın öz səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Saakaşviliyə məxsus olduğunu bilmirlər.

Milli Statistika Agentliyinin məlumatına görə, Gürcüstanda 233,24 etnik azərbaycanlı yaşayır, 2014-cü ildə dərc olunan statistikaya əsasən onlardan 176,414 nəfəri Kvemo Kartli bölgəsindədir.

Mərkəzi Seçki Komitəsinin mətbuat katibi Ana Mixeladze bildirib ki, bütün seçki materialları Azərbaycan dilinə tərcümə olunub və MSK-nın saytında dərc olunub. Onun sözlərinə görə, Azərbaycan kəndlərindəki seçki məntəqələrində çalışan bütün MSK üzvlərinə tərcümə edilmiş sənədlər verilməlidir.

Lakin bir çox kənddə yaşlı nəsil internet və sosial şəbəkələrdən istifadə etmir.

Beləliklə, kampaniyanın 29 avqustda başlamasına baxmayaraq, əksər etnik azərbaycanlı seçicinin bu haqda çox az məlumatı var.

Arıxlı kəndindəki bəzi seçicilər düşünür ki, bu iki partiya əsasən eynidir və bu seçki bitdikdən sonra yenidən birləşəcəklər. 61 yaşlı Paşa Haqverdiyev deyir ki, partiya təşviqatçıları seçkidən əvvəl gəlir və danışırlar: “Ancaq əslində biz bir-birimizdən məlumat alırıq”.

Sənan Qurbanov Faxralı kəndində yaşayır. O, 2016-cı ildən etibarən etnik azərbaycanlıların yerli xəbərləri izləmələrinə, Gürcüstan qanunlarından və tənzimləmələrindən xəbərdar olmalarına kömək etmək məqsədilə “Gündəlik Gürcüstan” adlı “Facebook” səhifəsini idarə edir.

Sənan Qurbanov etiraf edir ki, interneti olmayan və ya sosial şəbəkələrdən istifadə etməyən seçiciləri məlumatlandırmaq çətindir.

Müstəqil namizəd Salome Zurabişvilinin Gürcüstanın digər bölgəsində etnik ermənilərə müraciəti zamanı prezident olaraq Saakaşvilinin Gürcüstanda yaşayan ermənilərə yox, türklərə vətəndaşlıq verdiyini söyləməsi şayiələrə səbəb oldu və onun fikri təhrif edildi.

“Mənim yaxınlarımdan biri gəldi və mənə dedi ki, Salome Zurabişvili deyib ki, bizi Azərbaycana qovacaqlar” – Qurbanov əlavə etdi – “Bundan sonra eyni sözü anamdan eşitdim. Anladım ki, gürcü dilini bilməsəydim, mən də bu şayiələri eşidəcəkdim və buna inanacaqdım”.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Məmmədova deyir ki, insanların qorxmasının səbəbi onların hüquqlarını və ya onu necə qoruyacaqlarını bilməməsidir:

“İnformasiya çatışmazlığının əsas səbəbi dil problemindən irəli gəlir. Onlar kifayət qədər məlumat ala bilmirlər.

Hökumət 2016 seçkilərində öz gücünü göstərdi. Onlar insanları təhdid etdi. Bundan sonra insanlar nə 2017-ci ildə, nə də indi fəal ola bilmirlər”.

Sentyabrın 28-də Vaşadzenin internetdə çətin rast gəlinən seçki afişası Azərbaycan dilinə tərcümə olunub.

“Yerli hakimiyyət pensiyaları 400 lariyə qədər artıracaq”.

“Yerli hakimiyyət müəllimlərin maaşını 1000 lariyə qədər artıracaq”.

“Yerli hakimiyyət polislərin əmək haqqını 2000 lariyə qədər artıracaq”.

Gürcüstan qanunvericiliyinə görə prezidentin maaşları və ya pensiyaları artırmaq səlahiyyəti yoxdur. “Əgər prezident seçilmiş olsanız belə, bunu edə bilməzsiniz, Bu, mümkün deyil”, – Qurbanov deyib.

Vahid Milli Hərəkat Partiyasının Marneuli rayon sədri Aqil Mustafayev deyir ki, afişalar bu anlama gəlir ki, bu seçimi və 2020-ci ildə parlament seçkilərini qazandıqdan sonra yeni bir hökumət qurulacaq, bu vədlər də yerinə yetiriləcək.

Seçkilərdən dörd gün öncə Saakaşvili “Gündəlik Gürcüstan” səhifəsi üçün 10 dəqiqəlik canlı yayım etdi. 27 min insan bu yayımı izlədi və 559 nəfər paylaşdı.

“Düşünürəm ki, Gürcüstanın gələcək hökumətinin tərkibində azərbaycanlılar olmalıdır”, – deyə o bildirdi: “Ona görə yox ki, onlar azərbaycanlıdır. Ona görə ki, hər kəs özünü ölkəsinin sahibi kimi hiss edir”.

“Siz kiminsə mülkü deyilsiniz. Siz ölkənizin sahibisiniz və belə hərəkət etməlisiniz” – Saakaşvili deyib.

Vaşadze və Zurabişvili bazar günü ən çox səs toplayan namizədlər olub və noyabr ayında keçiriləcək seçkilərin ikinci turunda yenidən qarşılaşacaqlar.

Bütün bu qarışıqlıq gələcək seçkilərdə bəlkə də aradan qalxacaq, çünki prezident birbaşa seçicilər yox, seçki kollegiyası tərəfindən seçiləcək.



Mənbə:

İfact.ge


Ana səhifəXəbərlərDil bariyeri Gürcüstanda etnik azərbaycanlı seçiciləri çaşdırır