Beyləqanın Əhmədli kəndinin sakini 32 yaşlı Əli Cəfərov

Source: Meydan.TV

Caption: Beyləqanın Əhmədli kəndinin sakini 32 yaşlı Əli Cəfərov

Diabetli şəxs: Uşaqlarımı məktəbə göndərə bilmirəm

Article was updated on :  15 November 2019

“Ağır şəkər xəstəsiyəm. Axırıncı dəfə həkimə gedəndə dedilər ki, damarlarımın 76 faizi tutulub. Hökumətdən verməli olduqları dərmanları güc-bəla ilə alıram. Şəkəri ölçmək üçün cihaz verməlidirlər, onu da vermirlər. Bir verdikləri 3 aydanbir sanatoriyadır. Onda da istənilən halda xərcin çıxır. Hər dəfəsində sağa-sola 200-300 manat xərcləyirsən, başqa yolu yoxdur”.

Beyləqanın Əhmədli kəndinin sakini 32 yaşlı Əli Cəfərov belə deyir. Əlavə edir ki, xəstəliyin ağır mərhələsindədir, damar tıxanıqlığı bir az da belə davam etsə, ayaqlarını itirə bilər. Çünki normal müalicə oluna bilmir. Buna maddi imkanı çatmır. Xəstəliyinə görə işləyə də bilmir.

Diabetin statistikası

Açıqlanan son məlumata görə, Azərbaycanda bilinən 264 min diabet xəstəsi var. Beynəlxalq Diabet Federasiyasının məlumatı isə başqa rəqəmə əsaslanır. Böyüklər arasında təminən 485 min nəfər (7 faiz) diabet xəstəliyindən əziyyət çəkir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bu göstərici bütün dünya üzrə 5,2 faiz təşkil edir.

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən bu yana hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.

“Nə işləyə, nə də ünvanlı sosial yadım ala bilirəm”

Əli Cəfərov xəstəliyin çətinliklərindən danışır. Deyir, gündə 2 dəfə insulin vurmasa, olmur. Yoxsa, şəkəri yüksəlir. Gün ərzində çoxlu su və ayaqyolu tələbatı olur. Odur ki, hər təklif edilən işdə çalışması mümkün deyil. Başqa cür də ailəsini dolandıra bilmir:

“Məşğulluğa müraciət etdim, dedilər, “kəndinizdə yolların kənarını təmizlə”.

Yol da az qala 30-40 kilometrdir. İşə düzəlmək üçün məndən sağlamlıq arayışı istədilər. Həkim vermədi, dedi, mümkün deyil. Sabah bir yerdə yıxılıb qalarsan. Nəticədə, nə işləyə, nə də ünvanlı sosial yadıma müraciət edə bilirəm. Daha doğrusu, edirəm, xeyri yoxdur. Yardımı vermək üçün rüşvət istəyirlər. O da məndə yoxdur. Qalmışam pis durumda”.

“Uşaqlarımı məktəbə göndərə bilmirəm”

Əli Cəfərovun öhdəsində 2 azyaşlı uşağı var. Deyir, onları yaşatmaq üçün evi də yoxdur. Kirayə qalırlar:

“Birinin 10, digərinin 5 yaşı var. Böyük qızım məktəblidir, oxuda bilmədim. Xalası götürdü öhdəsinə, indi onlarda yaşayır. Kiçiyi hazırlığa getməlidir, onu da göndərə bilmirəm. Vallah, utanıram, aləmin, övladlarımın yanında üzüqarayam. İstəyirəm normal həyat verim, alınmır, xəstəyəm. Həm şəkər, həm də böyrək problemi, öhdəsindən gələ bilmirəm”.

“Problemimizi dövlət bilir, kömək etmir”

Əli Cəfərovun deməsinə görə, problemindən dövlət qurumları xəbərdardır, sadəcə kömək etmirlər:

“Dəfələrlə problemimlə bağlı yerli icra hakimiyyətinə, kənd icra nümayəndəsinə müraciət etmişəm. Hamı bilir, ancaq kömək edən yoxdur. Yoldaşımın adına bir az torpağımız var, onu da əkib-becərə bilmirik. Təsərrüfatla məşğul olmaq da asan deyil. Gərək həm fiziki, həm də maddi gücün ola. Həm xəstəyəm, həm də əlimdə ilkin sərmayə yoxdur”.

“İş verəcəklərini bilsəm, baytarlıq təhsili də alardım”

Əli Cəfərov çox yox, heç olmasa, dövlətin hər ay uşaqlarına cuzi də olsa yardım etməsini istəyir. Deyir, ayda 100 manat da olar, uşaqlarını dolandırar. Əgər bu mümkün deyilsə, o zaman dövlətdən özünə uyğun iş istəyir:

“Təhsilim olmasa da, baytarlığı çox yaxşı bacarıram. Məni bu işlə təmin edə bilərlər. Məsələn, bizdə süni mayalanma yoxdur. Ancaq mən bunu edirəm. Hazırda şəxsi bir adamın fermasında bu işlə məşğul oluram. Cuzi əmək haqqına, gündə bir-iki dəfə gedib, nəzarət edib, gəlirəm. Bilsəm ki, məni baytarlıqda işlə təmin edəcəklər, inanın, çətinliklə də olsa, lap gedib təhsilini də alaram”.

“Vətəndaş onlayn müraciət etməlidir”

Dövlət Sosial Müdafiə Fondunun Beyləqan Rayon Şöbəsindən Meydan TV-yə deyilib ki, ünvanlı sosial yardım üçün müraciətlər elektron qaydada qəbul edilir. Artıq qərarı yerli şöbələr vermir, ona görə də hər hansı rüşvət halından söhbət gedə bilməz:

“Vətəndaş yardım istəyilə bağlı elektron müraciət blankını doldurmalıdır. Necə edəcəyini bilmirsə, yaxınlaşsın, kömək edək. Əgər həqiqətən yardım şərtlərinə uyğundursa, bu zaman ona yardım ayrılacaq. Yenə deyirəm, bunun qərarını biz vermirik”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  15 November 2019
Featured in:  
Shortlink:   http://mtv.re/ribfoh

Most Viewed