Source: Meydan Tv

Əliyevin parlament dalanı

Article was updated on :  14 August 2021

Deputatlar ona necə və niyə meydan oxuyurlar?

Oxucuya “Parlament nədir?” dərsi keçməyin heç yeri yoxdur, çünki söhbətin nədən getdiyini bilirlər. Kimsə "bilməyənlər də var" deyə bilər. Varsa, demək onlar heç vaxt bilmək istəməyiblər.

Öyrənmək vaxtı indiyə düşənlər isə açıq anlamalıdırlar ki, bura akademiya filan deyil, kitab oxumaq lazımdır. Sözümün canı budur ki, indi kiməsə nəyisə izah edib anlatmağa çalışmaq çətindir. Hətta Parlamentdə olan adam da özünün hüquq və vəzifələrinə dair polemikada elə iştirak elədi ki, onu qoyub digərlərini başa salmaq düz çıxmaz. Amma təəssüf ki, onu da başa salmaq mümkün deyil. Belə halda, elə birbaşa keçək mətləbə...

Referendum olsun, olmasın?

Azərbaycanda son bir neçə ayda tez-tez belə bir fikir təkrarlanır ki, ölkədə referendum olacaq, proporsional seçki sistemi yenidən bərpa olunacaq və s. Onu deyim ki, bu ideya ilk dəfə ötən növbədənkənar parlament seçkilərindən sonra özünü müxalifət elan edən bir namizədin dilindən səslənmişdi. Sonradan ölkədə yeni siyasi konfiqurasiya söhbətləri və siyasi dialoq müzakirələri başladı. Bir sözlə, müharibə də öz gəlişi ilə məsələni gündəmdən çıxartdı. Diqqəti çəkən isə başqa şey oldu. Parlamentin 10-a yaxın deputatı gözünü yumub ağzını açdı ki, bəs bu ideya xarici düşmənlərin dəyirmanına su tökür, parlament öz işini layiqincə görür, indiki parlament vətənin keşiyindədir və.s.

Məsələ burasındadır ki, hazırda yeni qanunvericilik təşəbbüsünün faktiki imkanları demək olar ki, ancaq dövlət başçısı İlham Əliyevə məxsusdur. Onun iradəsi olmadan kimsənin belə bir referendum keçirilməsi, orada da qanunvericiliyə dəyişiklik edilməsi üçün siyasi təşəbbüs göstərəcəyi hələ ki təsəvvürolunan deyil. Bunu bir ağızdan indiki parlamenti göyə qaldırıb, yeni təşəbbüsü “düşmən hiyləsi” adlandıran deputatlar da yaxşı bilirlər. Deməli, söhbət başqadır. Çünki İlham Əliyev və onun islahatçı komandasının ötən seçkilərdə guya islahat edib qabağa düşmək cəhdləri əks effekt verdi.

Mən bu vəziyyəti belə şərh etmişdim: "Revanş elə güclü oldu ki, “islahatçılar” hətta öz spikerlərini yenidən seçdirə bilmədilər. Primakov irsinin vurğunu parlamentə sədr oldu".

Belə şəraitdə bir dəstə deputatın çıxıb açıq şəkildə yeni referendum və seçki sistemi ideyasına qarşı çıxması ciddi məsələdir. Görünür ki, onlar təkcə 10 nəfər deyillər. Ona görə də beləcə, rahat meydan oxuya bilirlər. İndi “yeni seçki və ya seçki sistemi olsun, olmasın?” məsələsində hakimiyyətdaxili bir mübarizə var. Demək, Kremlə birbaşa bağlı olanlar deyirlər ki, sizi çətinə sala bilərik, belə anlaşaq, yəni status-kvonu qoruyaq.

“Radikal” müxalifət nə deyir?

Ötən günlərdə bu məsələnin müzakirəsinə həsr edilmiş bir internet platformasında sabiq baş nazir Pənah Hüseyin “maraqlı” bir cümlə işlətdi. O, açıq şəkildə müxalifəti, radikal müxalifət adlandırmaqla çərçivəni müəyyən etdi, proporsional seçki sistemin əleyhinə olmaqda ittiham etdi. Bu fikirlərini nəyə istinadən dediyini bilmirəm, hər halda burada bir şərləmə olduğu da ortadadır. Çünki onun nəzərdə tutduğu və bir zamanlar da təmsil olunduğu qüvvələr hələ proporsional sistem ləğv ediləndə buna qarşı idi. İndi isə, əlbəttə, proporsional sistemin bərpasından yanadır. Bu necə ola bilər ki, iki nəfərə bir qovluqdan ibarət olan partiyalar proporsional sistemi istəsinlər, amma güclü partiyalar istəməsin?! Yəqin, Pənah bəyin burada hansısa özəl məntiqi izahı var. Təbii ki, ölkəni xarici siyasi və hərbi təsirlərdən qorumaq üçün həqiqi demokratik seçkilərlə seçilmiş parlamentə ehtiyac var. Bunun başqa yolu da yoxdur. İlham Əliyev hələ ağzını açmamış parlamentdəki YAP-çı müxalifət deyir ki, danışma sözün yerə düşəcək. Bu parlamentlə o, nə İrana nəsə deyə bilər, nə də Rusiyaya!

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  14 August 2021
Featured in:  
Shortlink:   http://mtv.re/emdbmi

Most Viewed