Source: Meydan TV

Deputatlar danışır: "Azərbaycanda ciddi islahatlar gedir"

Deputatlar danışır: "Azərbaycanda ciddi islahatlar gedir"

Deputatlar mandatlarından imtina edərək Milli Məclisin buraxılması üçün ölkə başçısına müraciət edib. Dekabrın 2-də keçirilən iclasda müraciət layihəsi 99 lehinə səslə qəbul edilib.

28 noyabrda YAP Siyasi Şurasının iclasında deputatlar parlamentə prezidentə müraciətlə bağlı məktub ünvanlayıblar. Onlar parlamentin ölkə başçısı İlham Əliyevin keçirdiyi islahatlara adekvat olmadığını, buna görə buraxılmasını istəyiblər.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov bildirir ki, YAP-ın belə bir iddia sürməsi qanunvericilikdə mümkün görünmür.

Mandatlarından imtina edən deputatlar da pozitiv görünür. Bir neçəsinə yaxınlaşıb qərarla bağlı fikirlərini öyrənmişik.

Hazırki parlamentlə prezident arasında heç bir baryer olmadığını düşünən Akif Qurbanov qərarı siyasi adlandırır.

Deputatlar prezidentin islahatlarını dəstək naminə mandatlarından imtina etdiklərini deyirlər. Hakimiyyətin opponentlərisə bunun ölkə başçısı İlham Əliyevin qərarı olduğunu düşünürlər.

Azərbaycanda ilk dəfədir ki, parlamentdə Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi səsə qoyularaq Prezidentə müraciət olunub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/l109ea

Most Viewed