Aqil Abbas və Sahibə Qafarova

Source: Meydan TV

Caption: Aqil Abbas və Sahibə Qafarova

Deputat Səhiyyə Nazirliyini tənqid etdi, spiker etirazını bildirdi

Aqil Abbas: Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”

Deputat Aqil Abbas Milli Məclisdə büdcə dəyişikliyinin müzakirəsi zamanı Səhiyyə Nazirliyini sərt tənqid edib. O hətta “Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur” deyə fikir səsləndirib.

O fikrini belə əsaslandırıb:

“Vaxtilə əlilliyi VTEK-lər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları – red) verirdi. Səhiyyə Nazirliyi öz işçilərinə inanmadı (komissiyanın tərkibindəki həkimlərə - red), əlilliyin təyinatını verdilər Səhiyyə Nazirliyinə.

Guya, Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdı. Bu nazirlik öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

İclasda iştirak edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır.

O qeyd edib ki, I qrup əlilliyi olan şəxslərlə bağlı nazirlikdə xüsusi komissiya yaradılıb:

“Əlilliyin təyin olunması ilə bağlı hazırda səhiyyə orqanlarına müraciət olunmalıdır. Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəxsləri əyani komissiyadan keçirə bilirik”.

Milli Məclisin Sədri Sahibə Qafarova isə Aqil Abbasın fikrinə etiraz edib:

“Bu gün pandemiya dövründə Səhiyyə Nazirliyi və həkimlər əlindən gələni edir. “Azərbayacanda Səhiyyə Nazirliyinin demək olar ki, yoxdur” fikri yanlış fikirdir”, – S.Qafarova qeyd edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/do0j77

Most Viewed