Dənizə axıdılan zibillər

Novxanıya gedən yol üfunətdən keçilməzdir

Source: Meydan Tv


Novxanıya gedən yol üfunətdən keçilməzdir

Bakının Novxanı qəsəbəsində sahilboyu tikilən evlərin kanalizasiyası çirkabı çimərlik ərazisinə, oradan isə dənizə axıdılır. Üstəlik, çimərlik ərazisi zibil tullantıları ilə çirkləndirilib.

Fatmayı istiqamətindən Novxanıya gedən yol üfunətdən keçilməzdir:

“Kanalizasiya çirkabı tullantıların iyinə qarışıb, üfunət az qala 10-15 kilometrdən hiss olunur. Çimərliyin nəzarətsiz qalması nəticəsində tullantılar əraziyə atılır və günlərlə təmizlənmir. Halbuki yayda yüzlərlə sakin məhz o ərazidə dincəlir”, – Novxanı sakini Rəşad Quliyev deyir.

Digər sakinlər də vəziyyətdən narazıdırlar.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Meydan TV-yə şikayətin araşdırılacağını deyiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə quruma bununla bağlı müraciət daxil olmadığı söylənilib. Bildirilib ki, şikayətçilər müraciət edəcəyi təqdirdə araşdırma aparılacaq.

image-22-03-21-07-12-3.jpeg
Dənizə axıdılan zibillər
image-22-03-21-07-12-1.jpeg
Dənizə axıdılan zibillər
Ana səhifəXəbərlərDənizə axıdılan zibillər