Source: Meydan Tv

Daha 3 nəfər koronavirusdan ölüb

Azərbaycanda COVİD-19 virusuna yoluxma sayı 6000-ə çatır

Azərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 5 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2 300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309 901 test aparılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/pbumu4

Most Viewed