Source: Meydan Tv

Dağıstanda yüzlərlə Azərbaycan vətəndaşı geri dönməyi gözləyir

“Çadır düşərgəsinin yanında dörd ilan öldürmüşük”

Azərbaycana dönmək istəyən yüzlərlə vətəndaş Dağıstanda ağır şəraitdə qalmaqda davam edirlər.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, bunu həmin vətəndaşlardan biri Asim Tağıyev deyib.

Onun sözlərinə görə, artıq bir aydır ki, insanlar Məhərrəmkənd rayonunun Kullar qəsəbəsinin yaxınlığında səhra şəraitində yaşayırlar.

“Faktiki olaraq biz küçədə qalmışıq. Rusiya FHN bizim üçün çadır düşərgəsi yaradıb. Günortalar burada dəhşətli istidir. İndiyə qədər çadırların yanında dörd ilan öldürmüşük. Çoxunun pulu qurtarıb. Burada çimmək belə mümkün deyil”, - Asim Tağıyev deyib.

Onun sözlərinə görə, mayın 19-u və 26-da iki mərhələdə qadınları, uşaqları, qocaları və xəstələri Azərbaycana buraxıblar. Hazırda Kullar yaxınlığında 400-500 nəfər qalır.

Asim Tağıyev deyib ki, çadırlarda yer çatmır. İnsanların bir hissəsi avtomobillərdə yaşayır və ya sadəcə olaraq küçədə qalırlar. Bəziləri avtoyuma məntəqələrində, bəziləri yarımçıq tikilmiş binalarda qalırlar.

“Mayın 28-də Azərbaycandan məmurlar gəlmişdi. Çadırlara baxdılar və heç nə demədən geri döndülər”, - Asim Tağıyev deyib.

“Turan” qeyd edib ki, Azərbaycan rəsmiləri məsələ ilə bağlı ətraflı şərh vermirlər və vətəndaşların geri qaytarılmasının qrafikə uyğun aparıldığını bildirirlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/snfwan

Most Viewed