Dafne Qalizia

Source: Foto: arxiv

Caption: Dafne Qalizia

Dafne Qalizia cinayətində şübhəli şəxsə toxunulmazlıq verilməyəcək

Baş nazir şübhəli bilinən şəxsə toxunulmazlıq verilməyəcəyini deyib

Maltanın Baş naziri Cozef Muskat jurnalist Dafne Karuana Qalizianın (Daphne Caruana Galizia) öldürülməsində şübhəli bilinən şəxsə iş haqqında bildiklərini açıqlaması qarşılığında toxunulmazlıq verilməyəcəyini söyləyib, - BBC xəbər verir.

İş adamı Yorgen Fenek məlumat qarşılığında prezidentdən əfv istəmişdi.

Tanınmış bloger Caruana Galizia 2017-ci ildə bir bomba yüklü avtomobildə sui-qəsdə uğrayaraq öldürülmüşdü.

Muskatın bu səbəbdən, xüsusilə də araşdırılmanın gecikdirilməsi üzündən istefası tələb edilir.

Ötən həftə Fenek yaxtasına edilən dramatik basqın nəticəsində həbs olunmuşdu. Həbs edildikdən sonra xəstəxanada müalicə aldığı qeyd edilir və bu müddət ərzində polis nəzarətinə tabe tutulduğu bildirilir.

Fenekin “Panama sənədləri”ndə qeyd olunan və Dubayda qeydiyyatdan keçmiş “17 Black” adlı şirkətin sahibi olduğu qeyd edilir.

Karuana Qalizia ölümündən səkkiz ay əvvəl “17 Black” haqqında məqalə yazmışdı və bu şirkətin böyük dövlət rəsmiləri ilə əlaqəsi olduğunu iddia etmişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/sktf0m

Most Viewed