CNN: Edam olunduğu iddia edilən Şimali Koreya nüvə elçisi sağdır

Şimali Koreya rəsmisinin hələ də istintaq altında olduğu deyilir

Source: google.az


Şimali Koreya rəsmisinin hələ də istintaq altında olduğu deyilir

Ötən həftə edam edildiyi iddia olunan Şimali Koreyanın nüvə elçisi hazırda sağdır və saxlanma məntəqəsində Amerika Birləşmiş Ştatları ilə uğursuz zirvə toplantısındakı roluna görə istintaq altındadır, – CNN xəbər verir.

Edam xəbərini Cənubi Koreya mediası yaymışdı.

Son günlər Şimali Koreya lideri Kim Jong Un ilə ABŞ prezidenti Donald Tramp arasında Hanoy şəhərində baş tutmuş uğursuz hesab edilən zirvə toplantısına görə Şimali Koreya komandası ilə bağlı ziddiyyətlərlə dolu xəbərlər dolaşır. Görüş bu ilin fevralında baş tutmuşdu.

Şimali Koreyanın Hanoy zirvəsinə doğru işçi qrupuna rəhbərlik edən Kim Hyok Chol-un sağ olduğu və nəzarətdə saxlanıldığı qeyd edilir. CNN bir neçə gizli mənbələrə istinadən xəbər verir ki, o, hələ də "ağır cəza" ilə üzləşə bilər.

CNN-in məlumatı Cənubi Koreyanın “Chosun Ilbo” qəzetinin yaydığı məlumatla ziddiyyət təşkil edir. “Chosun İlbo” da gizli mənbəyə istinadən bu xəbəri paylaşmışdı.

Qaynaqlar “Reuters”-ə bildirib ki, Kim Hyok Chol cəza çəkir, amma onun edamı ilə bağlı heç bir dəlil yoxdur.

“Chosun Ilbo” həmçinin xəbər vermişdi ki, ABŞ ilə danışıqlarda lider rol oynayan Kim Yong Chol əmək və yenidən təhsil düşərgəsinə göndərilib. Qəzet onun düşərgəyə nə zaman göndərildiyi ilə bağlı məlumat verməyib.

Ancaq bazar ertəsi günü dövlət mediasında Kim Yong Chol-un fotosu dərc olunub. O, bir gün öncə Kim Jong Unu incəsənət sərgisində müşayiət eddirmiş. Bu, həmçinin onu göstərir ki, Chol hələ də Şimali Koreyanın güc strukturunda önəmli güc olaraq qalmaqdadır.

CNN xəbər verir ki, Kim Yong Chol Hanoy zirvəsindən sonra gücündən məhrum olub, lakin ağır əmək cəzasına məhkum edilməyib.

Kim Jong Unun bacısı Kim Yo Jongun da çərşənbə axşamı dövlət mediasında fotoları yayılıb. O, Şimali Koreya lideri və onun həyat yoldaşı Ri Sol Junun yanında əyləşmiş görünür. Kim Yo Jong uzun müddətdir ictimaiyyətdə görünmürdü.

Ana səhifəDünyaCNN: Edam olunduğu iddia edilən Şimali Koreya nüvə elçisi sağdır