Ceyhun Bayramov və Mayk Pompeo

Source: XİN

Caption: Ceyhun Bayramov və Mayk Pompeo

Ceyhun Bayramov Mayk Pompeo ilə görüşüb (yenilənir)

Article was updated on :  23 October 2020

21.14. Xarici İşlər Nazirliyi (XİN) Vaşinqtonda olan nazir Ceyhun Bayramovun ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü barədə məlumat yayıb.

“Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib”, - deyə XİN mətbuat xidməti bildirib.

Məlumatda Ceyhun Bayramovun Mayk Pompeoya BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini xatırlatdığı da qeyd olunub: “Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır. Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb”.

***

11.27. Azərbaycan Daxili İşlər Nazirliyi hərbi vəziyyət dövründə (komendant saatı) təhlükəsizliklə bağlı əhaliyə müraciət edib.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir.

“Bununla yanaşı, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir”, - DİN bəyan edib.

***

Görüşdə Qarabağdakı vəziyyətin müzakirə olunacağı deyilir

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 23-də günün ikinci yarısında Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Görüşdə Dövlət katibinin müavini Stiven Beqanın da iştirak edəcəyi qeyd olunub.

Ceyhun Bayramovdan sonra dövlət katibinin Ermənistanın Xarici işlər naziri Zohrab Mantsakanyanla görüşəcəyi bildirilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  23 October 2020
Featured in:  
Shortlink:   http://mtv.re/x7v2s5

Most Viewed