Çexlər Praqa meydanında Baş Nazirə qarşı etiraz edirlər

“Biz yenidən Babiş isterikasının şahidi oluruq,” – o, bu yaxınlarda millət vəkillərinə deyib

Source: google.az


Etiraz aksiyası altı həftə öncə ədliyyə nazirinin təyinatından sonra başlayıb

Praqanın qəlbində yerləşən mərkəzi meydanda 10 il bundan əvvəl çexlər kommunist rejimdən azadlıq çağırışı edirdilər. Ondan 7 onillik öncə isə eyni meydan çexlər azadlıqlarını elan etmişdilər. Çərşənba axşamı axşam saatlarında eyni xalq yenidən eyni meydanda azadlıq nəğmələri oxuyurlar, – “New York Times” qeyd edir.

Çexiya Respublikasının fərqli bölgələrindən olan on minlərlə kişi, qadın və uşaq əllərində bayraqlar və hökuməti tənqid edən plakatlarla yenidən onların da dediyi kimi demokratiya ruhunun yeni mübarizəsi üçün bir aradadırlar.

Etiraz aksiyası altı həftə öncə ədliyyə nazirinin təyinatından sonra başlayıb. Bir çoxu onun Baş nazir Andrey Babişi (Andrej Babis) bir potensial ittihamlardan qoruyacağını düşünür. Bu narazılıqla başlayan etirazlar artıq nəzarət edilməsi çətin bir dalğaya çevrilib. Təşkilatçılar qeyd edirlər ki, çərşənbə axşamı etirazlara 120.000 nəfər qatılıb. Bununla ayyarım öncə başlamış etirazlar 1989-cu ildən etibarən Praqanın ən böyük demokratiya nümayişinə çevrilib.

"Bu, sadəcə korrupsiyaya etiraz deyil," – 44 yaşlı Tomas Pejinski (Peszynski) əlində Avropa İttifaqının bayrağı deyir: "Bu, hökumətin sistemdən sui-istifadəsinə etirazdır və demokratiya institutlarının qorunması üçün mübarizədir".

Babiş etirazlara özünəməxsus şəkildə cavab verib. O deyib ki, meydandakı böyük kütlə gözəl havanın nəticəsidir və o, onun biznesi ilə bağlı istintaq başladanları tənqid atəşinə tutub. Artıq bir neçə gündür Praqada havalar isinməyə başlayıb.

"Biz yenidən Babiş isterikasının şahidi oluruq," – o, bu yaxınlarda millət vəkillərinə deyib: "Bunun əvəzinə insanlar üçün bir şey etməyə çalışın, Babişə ilişməyin”.

Babiş illərdir korrupsiya ilə bağlı haqqındakı ittihamlarla mübarizə aparır və ötən il verdiyi bir müsahibədə isə o, əsəbini gizlədə bilməyib və deyib ki, artıq özünü mütəmadi davam edən hücumlardan qorumaq iqtidarında deyil. Bütün bunlara baxmayaraq, Babiş yenə də parlamentə qoyulmuş etimadsızlıq səs verməsindən qalib çıxıb.

Ancaq nümayişlər Babişin qarşısına daha böyük sınaqlar qoyur. Təşkilatçılar gələcək həftələrdə nümayişlərin daha da geniş vüsət alacağını bəyan edib.

Qonşu Slovakiyada korrupsiyaya qarşı hiddətlə başlayan etiraz aksiyaları sonda hökumətin dağılmasına səbəb olmuşdu. Bu il keçirilən prezident seçkilərində isə Zuzana Caputova qalib gələrək Slovakiyanın yeni prezidenti olub. 1993-cü ildə yaşadıqları ayrılıqdan sonra çexlərin qardaş ölkəsi sayılan Slovakiyadakı azadlıq hərəkatının uğurları Praqa etirazlarının təşkilatçıları tərəfindən diqqətlə müşahidə edilib.

Babiş 2013-cü ildə korrupsiya ilə mübarizə vədi verərək parlamentə seçilib. O, kampanya zamanı korrupsiyaya bulaşmayacaq siyasətçi olaraq təqdim etmişdi. Biznes adamı olaraq siyasi elitanı təmsil etməyən Babiş ölkədə illərdir davam edən korrupsiya skandalından sonra xalq üçün yeni dövr vəd verərək ölkənin lider postunu ələ ala bilmişdi. Bu səbəblə 2017-ci ilin parlament seçkilərində Babiş və onun partiyası böyük üstünlüklə qələbə qazanmış, özü Baş nazir olmuşdu.

İndi bir çoxu onu vətənə xəyanətdə, ən pisi isə ölkənin hüquq sistemini öz mənafeyi üçün dəyişməkdə ittiham edir.

Ana səhifəDünyaÇexlər Praqa meydanında Baş Nazirə qarşı etiraz edirlər