Petr Kellner

Source: Reuters

Caption: Petr Kellner

Çexiyanın ən varlı milyarderi helikopter qəzasında öldü

Qəzada 5 nəfərin həlak olduğu bildirilir

Çexiya Respublikasının ən varlı adamı, milyarder Petr Kellner Alyaskada helikopter qəzasında həlak olub.

Helikopterin dağda ekskursiya zamanı Alyaskada Knik Buzlağı yaxınlığında qəzaya düşdüyü bildirilib.

Bu barədə "AzadliqRadiosu" məlumat yayıb.

Qəzada 5 nəfərin həlak olduğu qeyd olunub.

56 yaşlı Petr Kellnerlə birlikdə "Tordrillo Mountain Lodge” mərkəzinin Çexiya Respublikasından daha bir qonağı, iki bələdçisi və vertolyotun pilotu da olub.

Qəzadan bir nəfərin sağ çıxdığı və onun vəziyyətinin ağır sabit olduğu bildirilir.

Petr Kellner 1990-cı illərdə investisiya fondu yaratmaqla ilk sərvətini qazanıb, Çexiyanın ən böyük sığorta şirkətində nəzarət paketini alıb.

“Forbes” dərgisi onun sərvətinin 17.5 milyard olduğunu bildirirdi. 2020-ci ilin oktyabrında milyarder Avropanın böyük yayın şəbəkəsi olan Mərkəzi Avropa Media Şirkətini 1.1 milyard dollara alıb. O zaman Çexiyada şəbəkənin müstəqilliyini itirə biləcəyi sarıdan narahatlıq vardı.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/17t7y6

Most Viewed