Source: Meydan.TV

Çernobıl sərgisi: Zamanın dondurulduğu şəhər

Çernobıl sərgisi: Zamanın dondurulduğu şəhər

Melodiya 33 il öncə baş verən Çernobıl faciəsi üçün çalınır

Fotoqraf Orxan Əzim Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı Pripyat şəhərindən çəkdiyi fotoları sərgiləyib.

"Şəhəri bir növ dondurublar. Heç nə yoxdur, hər şey olduğu kimi qalıb. Düzdür, vaxtında bəzi şeyləri adamlar oğurlayıb, satıblar. Amma, məsələn, xəstəxanaya girəndə görürsən ki, heç nəyə toxunulmayıb. Sənədlər, sistem iynələr, ampulalar, əməliyyat otaqları - hamısı olduğu kimidir. Sovetin ruhu orada qalıb", - Orxan Əzim deyir.

Bu, fotoqrafın ikinci sərgisidir. Bu yaxınlarda ekranlaşdırılan "Çernobıl" serialından sonra hadisəyə böyük maraq yarandığından, o, yenidən sərgi keçirib.

Orxan Əzim Çernobıl səfərindən təkcə fotolarla dönməyib. Səhhətində də dəyişikliklər olub

"Çalışıram, psixoloji olaraq o hadisəylə bağlamayım, amma bədənimdə müəyyən allergik şeylər var. Məsələn, qaşınmalar və bir az da saçım tökülür. Baxıram 2016-ci ildəki şəkillərə, görürəm saçım çox idi, amma indi bir az azalıb", - fotoqraf Orxan Əzim deyir.

Hər şeyə rəğmən Çernobıla yenidən getmək istədiyini deyir.

"Bəlkə də, şəkil çəkməyə yox, o ab-havanı yenidən hiss etmək üçün gedərəm. 5 il bundan əvvəl gəlmişəm, indi görüm necə hiss edirəm özümü".

Çernobıl sərgisi iyunun 26-na kimi davam edəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/eu50c2

Most Viewed