Çeçen lideri tənqidçiləri dil qoparmaq və barmaq sındırmaqla təhdid edib

“İnstagram”da yerləşdirilən bir videoda Kadırov onun özünü və ya “xalqını” onlayn şərhlərdə təhqir edən hər bir kəsə ürküdücü cəzalar tətbiq edəcəyini deyib.

Source: Arxiv


“Bir şərh və ya videonu görməzdən gəlməyəcəyik"

Rusiyanın Şimali Qafqaz Çeçenistan Respublikasının lideri Ramzan Kadırov sosial mediada onu təhqir edən insanları ağır cəzalandıracağını bildirib, – “Current Time” xəbər verir.

“İnstagram”da yerləşdirilən bir videoda Kadırov onun özünü və ya "xalqını" onlayn şərhlərdə təhqir edən hər bir kəsə ürküdücü cəzalar tətbiq edəcəyini deyib.

"Biz heç kimə şəxsiyyətləri onlayn təhqir etməyə icazə verməyəcəyik," – Kadırov deyib: "Şərhlərinizi silin, hamısını oxuyuruq. Bütün bunlar üzərində işləyən bir qrup var. Bizim ənənələrimiz var və heç kim bizim adətimizi silə bilməz, buna görə kimsə məni öldürsə, problem deyil. Qanım, tayfam, ailəm, xalqım mənim üçün ən önəmli şeydir.

Biz bir şərhi və ya videonu belə görməzdən gəlməyəcəyik. "Dilinizə riayət edin,"- deyə o bildirib: "Barmaqlarınıza diqqət edin. Çünki barmağınızı qıracağıq və dillərinizi çıxaracağam. Bir şərh və ya videonu görməzdən gəlməyəcəyik".

Çeçen liderinin şərhi qonşu Dağıstanla yaşanmış sərhəd probleminə cavab olaraq gəlib. Çeçenistan son aylarda İnquşetiya və Dağıstan ilə sərhəd mübahisələrinin həlli üçün sərgilədiyi təcavüzkar davranışa görə bölgədə sərt tənqidlərə məruz qalıb.

Sentyabr ayında Kadırov və İnquşetiya lideri Yunus-Bek Yevkurov gizli danışıqlardan sonra sərhəd sazişi imzalayıb. Bu razılaşma İnquşetiya aktivistləri tərəfindən narazılıqla qarşılanıb. Onlar müqavilənin etibarsız sayaraq qeyd edirlər ki, razılaşmayla İnquşetiya ərazisi qeyri-qanuni olaraq Çeçenistana verilib. Bir neçə başqa torpaq sahələri də hazırda Çeçenistan və Dağıstan arasında mübahisələndirilir. Dağıstanda bəziləri inanır ki, Çeçenistan danışıqların bitməsini gözləmədən torpaqların nəzarətini öz üzərinə götürüb.

Fiziki zorakılıq Kadırovun diplomatik repertuarının hər zaman bir hissəsi olub. 2016-cı ildə beynəlxalq hüquq müdafiə qrupları Kremlinə Kadırovu nüfuzlu jurnalistlərə və müxalif siyasi xadimlərə qarşı ictimai təhdidlər yağdırmağa görə intizama dəvət etməyi önərib.

Kadırov deyib ki, jurnalistlər və hüquq müdafiəçilərinə "xalqın düşmənləri kimi davranılmalıdır".

Ana səhifəDünyaÇeçen lideri tənqidçiləri dil qoparmaq və barmaq sındırmaqla təhdid edib