Cəbhədə daha bir Azərbaycan hərbçisinin həlak olduğu bildirilir

Elçin Mustafazadə Ağstafa rayonundan hərbi xidmətə çağrılıb

Source: Specify Source

(embedded content removed)


Elçin Mustafazadə Ağstafa rayonundan hərbi xidmətə çağrılıb

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində iyulun 14-də atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun hərbçisi Elçin Mustafazadənin həlak olduğu bildirilir.

Elçin Mustafazadə 1992-ci il təvəllüdlü olub.

Bu barədə Meydan TV-yə Elçin Mustafazadənin əmisi Mirzağa Mustafayev məlumat verib.

Elçin Mustafazadə Ağstafa rayonundan hərbi xidmətə çağrılıb.

Azərbaycan Müdafiə Nazirliyi hələ açıqlama yaymayıb.

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyi döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 4 əsgərinin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.

Ana səhifəSiyasətCəbhədə daha bir Azərbaycan hərbçisinin həlak olduğu bildirilir