Source: Meydan.TV

Cəbhə bölgəsindəki atışmalar nə ilə nəticələnə bilər?

Cəbhə bölgəsindəki atışmalar nə ilə nəticələnə bilər?

Azərbaycan Ermənistan sərhəddində yenidən silahlar açılıb, həlak olan var. Sentyabrın 21-də Tovuz istiqamətində gedən döyüşlərdə kiçik çavuş Elşən Məmmədov həlak olub.

Ölkə başçısı İlham Əliyev 19 sentyabrda verdiyi müsahibəsində Ermənistanın müharibəyə hazırlaşdığını demişdi. Bir gün sonra Ermənistana məxsus pilotsuz uçuş aparatı Azərbaycan ərazisində vuruldu.

Bu hadisələrin ardınca Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəliləri təlim toplanışlarına çağırdı. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, cəbhəyani ərazidə atəşkəsin pozulması hər gün artır. Belə davam edərsə, müharibə baş verə bilər.

Tarixçi alim Altay Göyüşov deyir ki, indiki məqamda Azərbaycanın müharibəyə başlaması təhlükəlidir. O düşünür ki, münaqişənin həlli demokratik dövlət qurmaqdan və beynəlxalq imici bərpa etməkdən keçir.

Bəs vətəndaşlar necə düşünür. Qarabağ münaqişəsi necə həll olunmalıdır?

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan bildirib ki, Azərbaycan nümayəndələri ilə tez bir zamanda görüşməyə hazırdırlar. O qeyd edib ki, indi mələhətləşmələr aparılır, Minsk Qrupu həmsədrləri ilə işləyirlər.

Sonuncu dəfə bu ilin iyulun 12-də Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında qısamüddətli döyüşlər olub. Nəticədə Azərbaycandan tərəfdən 12 nəfər, Ermənistandan isə 7 nəfər hərbçi həlak olub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/6ek8da

Most Viewed