Sergey Lavrov və Mövlud Çavuşoğlunun görüşü

Source: Rusiya mediası

Caption: Sergey Lavrov və Mövlud Çavuşoğlunun görüşü

Çavuşoğlu Lavrovla görüşdü, Qarabağ müzakirə olundu

Article was updated on :  29 December 2020

Sergey Lavrov: "Xarici muzdluların bu regiona daxil olmasına yol verməməklə bağlı mövqeyimiz üst-üstə düşür”

Dekabrın 29-da Soçidə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Nazirlər görüşdən sonra mətbuat konfransında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində və dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Mövlud Çavuşoğlu deyib ki, Cənubi Qafqazda baş verən son hadisələr iki ölkə arasındakı əməkdaşlığın əyani dəlili olub: “Biz Dağlıq Qarabağ məsələsində uzunmüddətli sülh və sabitliyin tərəfdarıyıq. Ümid edirik ki, regiondakı müşahidə missiyaları əməkdaşlıq mühiti üçün yer qoyacaq”.

Rusiyanın Xarici işlər naziri S.Lavrov üçtərəfli bəyanata əsasən nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin açılması ilə bağlı məsələləri müzakirə etdiklərini bildirib: “Bu birgə mərkəz Rusiya və Türkiyə prezidentlərinin razılığı nəticəsində qurulur və hazırda aktiv yerləşmə prosesi gedir”.

Sergey Lavrov daha sonra: “Bizim xarici muzdluların bu regiona daxil olmasına yol verməməklə bağlı mövqeyimiz tamamilə üst-üstə düşür”, - deyə əlavə edib.

Türkiyənin baş diplomatı vurğulayıb ki, koronavirus pandemiyası fonunda 2020-ci ildə Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 20 faiz azalıb.

O, Rusiya tərəfindən Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinin əhəmiyyətini də qeyd edib: “Rusiya vətəndaşları Türkiyəyə hər hansı viza tələbi ilə qarşılaşmadan gəlirlər. Rusiya tərəfindən də analoji addım atılacağına ümid edirik”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  29 December 2020
Featured in:  
Shortlink:   http://mtv.re/t8lzap

Most Viewed