Source: Buta

"Buta Airways" İstanbula uçuşları bərpa edir

Macarıstanın aşağı büdcəli aviaşirkəti də Gürcüstandan uçuşlara başlayır

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Bakı-İstanbul-Bakı marşrutu üzrə aviaəlaqəni bərpa edir.

İlk uçuş martın 18-də həyata keçiriləcək. Artıq xüsusi reyslərə aviabilet satışına başlayır.

Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri Sabiha Gökçen (IATA: SAW) hava limanına həyata keçiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super".

Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. "Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir.

Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Əl yükü qismində təyyarə salonuna yalnız qadın çantası, kişi portfeli, portativ kompyuter çantası (təyinatı üzrə istifadə edilməsi şərtilə) və uşaq qidası götürülə bilər. Digər növ əl yükünün, o cümlədən Duty Free mağazalarından alınan əşyaların salona götürülməsi qadağandır.

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı ötən ilin 6 dekabr tarixindən İzmir şəhərinə uçuşlar həyata keçirir, 19 mart tarixindən isə Tbilisiyə reyslər yerinə yetirməyə başlayacaq.

Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” isə bu ayın sonundan Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşları bərpa edəcək.“Report” Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnavaya istinadən yazıb ki, aviaşirkət 20 istiqamət üzrə həftədə 45 reys yerinə yetirməyi nəzərdə tutub.

Nazirin sözlərinə görə, martın sonunda “Wizz Air Abu Dhabi” şirkəti Gürcüstanın aviasiya bazarına daxil olacaq və həftədə iki dəfə Əbu-Dabi-Kutaisi- Əbu-Dabi istiqaməti üzrə uçuşlar həyata keçirəcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5g7rlm

Most Viewed