Source: Meydan Tv

“Bu aydan etibarən dollara tələb artıb”

Noyabrda dollar satışı az olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ərzində 539,81 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Məlumat ARDNF-nin saytında yer alıb.

İqtisadçı Vüqar Bayramov deyir ki, bu rəqəm 2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar olub. Bu da satışın ötən ilin analoji dövrü ilə müqayisədə 1,3 faiz azalması deməkdir:

“Satış azalsa da, bu aydan etibarən dollara tələb artıb. Son aylar bəzi banklarda ilk dəfə olaraq 1 dolların alış kursunu 1.7020-dək yüksəldiblər”.

İqtisadçı deyir ki, dekabrda dollara tələbin artması gözlənilən idi. Bunun bir neçə səbəbi var:

“Dövlət və özəl müəssisələrin, eləcə də, bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son aydır. Bundan əlavə, idxal artıb, qarşıdan isə bayramlar gəlir. Deməli, xarici səfərlər də çoxalacaq. Bu da dollara tələbi artırır”.

Vüqar Bayramov deyir ki, neftin dünya bazarında bir barelinin qiyməti 60 dollardan aşağı olmasa da, bu, neft ölkələri üçün məbul səviyyə hesab olunmur. Eyni zamanda, neft bazarındakı volatillik də neft ölkələrinin valyuta gəlirlərinə birbaşa təsir göstərir:

“Dekabrda dollara tələbin artmasının davam edəcəyi gözlənilir. Növbəti aydan etibarən tələb yenidən stabilləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzunmüddətli dövrdə manatın məzənnəsinin stabilliyi üçün valyuta bazarına neftdən kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var”.

Dollara tələbin artması insanlar arasında çaşqınlıq yaradır. Əksəriyyət yenidən devalvasiya olacağı qorxusu içindədir.

Çünki 2015-ci ildə Azərbaycanda iki devalvasiya (fevral və dekabr aylarında) baş verib. Nəticədə manat ABŞ dolları qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə 10-dan çox bankın lisenziyası ləğv edilib. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bg7aug

Most Viewed