BP-nin Hitleri parodiya etdiyinə görə qovduğu işçisi geri qayıdır

Daha sonra videonun təhqiredici olması səbəbindən işdən azad edilib.

Source: Foto: sosial şəbəkə


Apelyasiya qətnaməsi işçinin xeyrinədir

Avstraliyada bir BP emalı zavodu işçisi Hitleri parodiya etdikdən sonra işindən qovulsa da, yenidən bərpa olunub, – BBC xəbər verir.

Skot Treysi (Scott Tracey) 2004-cü ilə aid “Düşmə” filmində çəkilən məşhur səhnəni şirkətin əmək haqqı danışıqlarını əks etdirən başqa bir səhnədə parodiya edib və qapalı “Facebook” səhifəsində yerləşdirib.

Daha sonra videonun təhqiredici olması səbəbindən işdən azad edilib.

Lakin cümə günü verilən apelyasiya qərarında parodiyada BP idarəçilərini nasistlərə bənzədildiyini söyləmək üçün əsas olmadığı qeyd edilib.

“Səhnə haqqında məlumatı olan hər kəs klipin istifadəsinin əslində Hitler və ya nasistlərə işarə məqsədli olduğunu düşünə bilməz”,- deyə qərarda qeyd edilib.

Treysi parodiya zamanı “Düşmə” filmindəki eyni səhnəni – Hitlerin generalları ilə bunkerində qarşılaşma səhnəsini götürərək alt yazılarla öz mətnini əlavə edib.

2018-ci ildə BP videonu “olduqca təhqiramiz və yersiz” hesab etdikdən sonra Treysini işdən qovub.

Lakin Treysi heç kəsi incitmək niyyətində olmadığını və videonun yumor məqsədi daşıdığını iddia edib. O, əlavə edib ki, parodiyada BP və ya konkret kimsəni nəzərdə tutmur.

Ana səhifəDünyaBP-nin Hitleri parodiya etdiyinə görə qovduğu işçisi geri qayıdır