Azərbaycan-Slovakiya oyunu

Source: Foto: Azərtac

Caption: Azərbaycan-Slovakiya oyunu

''Bölmədə dedilər ki, istefanı baş məşqçiyə ünvanladığımız barədə açıqlama yazaq''

Oyun zamanı saxlanılan azarkeşlər buraxılıb

İyunun 11-də Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunu zamanı “istefa” şüarları səsləndirdikləri üçün saxlanılan azarkeşlərin hamısı buraxılıb.

Məlumatı “Turan” azarkeşlərə istinadən yayıb.

Onlardan biri -İmran Hacıbəyli bildirib ki, Azərbaycan yığması Slovakiya komandası ilə oyunda üç qol buraxdıqdan sonra tamaşaçılar yerlərindən qalxaraq "İstefa!" şüarını səsləndirməyə başlayıblar.

4-cü qoldan sonra şüar daha ucadan səsləndirilib. Mülki geyimli şəxslər İ.Hacıbəylini və daha 16 azarkeşi polis bölməsinə aparıblar.

“Bölmədə dedilər ki, istefa tələbinin yığmanın baş məşqçisinə (xorvatiyalı mütəxəssis Nikola Yurçeviç) ünvanlanması barədə açıqlama yazaq”. Əslində "İstefa!" şüarı AFFA rəhbəliyinə ünvanlanıb.

Saat 23.00-a yaxın saxlanılanların hamısı buraxılıb. 24-cü polis bölməsindən və DİN-dən şərh almaq mümkün olmayıb.

AFFA rəhbərliyinin istefa tələbi ilə bağlı sosial şəbəkələrdə də kampaniya başladılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/jifufd

Most Viewed