”Boeing 737 MAX 8” təyyarəsindən imtina edən ölkələrin sayı artır

Mətbuat xidmətinin yaydığı məlumatda C.Əsgərova istinadən bildirilib ki, “Boeing-737 MAX-8” təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing korporasiyası ilə sıx əlaqə saxlayır.

Source: google.az

AZAL: ''Azərbaycana yaxın üç ildə 10 belə təyyarə gətiriləcək''

“Boeing 737 MAX 8” təyyarəsinin istifadəsindən imtina edən ölkələrin sayı artır.

Buna səbəb son beş ayda iki belə təyyarənin qəzaya uğraması olub. Sonuncu belə qəza ötən həftə Efiopiyada baş verib. Hadisə nəticəsində 157 nəfər ölüb. Bundan əvvəl eyni modelli təyyarə İndoneziyada qəzaya uğrayıb və nəticədə 189 nəfər ölüb.

Avropa aviasiya təhlükəsizliyi agentliyi (EASA) Avropa İttifaqı ərazisində bu təyyarənin uçuşlarını dayandırıb.


“Euronews”

telekanalının məlumatına görə, bundan əvvəl belə bir qərarı Norveç, Efiopiya, İndoneziya, Avstraliya, Çin, Monqolustan, Cənubi Koreya, Hindistan, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri veriblər.

Bundan başqa ayrı-ayrı aviaşirkətlər də eyni addımı atıblar. Belə ki, Rusiyanın “S7”, Argentinanın “Aerolineas”, Meksikanın “Aeromexico”, Braziliyanın “Gol”, Britaniyanın “Cayman Airways” şirkətləri müvəqqəti qadağa tətbiq ediblər.

Qadağa Efiopiyada qəzanın səbəblərinin aydınlaşdırılmasına qədər davam edəcək.

Məlumata görə, bu təyyarələri dünyanın 46 aviaşirkəti istifadə edir.

Yaranmış vəziyyətin fonunda “Boeing” şirkətinin səhmləri Nyu York fond birjasında 6,5% aşağı düşüb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov isə yaxın üç ildə 10 belə təyyarənin gətiriləcəyini bildirib.

azal_logo.jpg
AZAL

Mətbuat xidmətinin yaydığı məlumatda C.Əsgərova istinadən bildirilib ki, “Boeing-737 MAX-8” təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing korporasiyası ilə sıx əlaqə saxlayır.

“Boeing 737 MAX-8” təyyarələri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib – hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”.

O deyib ki, “Boeing” korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq var.

“Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaqdır. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq” –Cahangir Əsgərov bildirib.

Ana səhifəXəbərlər”Boeing 737 MAX 8” təyyarəsindən imtina edən ölkələrin sayı artır