BMT

Source: arxiv

Caption: BMT

BMT: Maduronun təhlükəsizlik qüvvələri insanlığa qarşı cinayət törədib

Article was updated on :  16 September 2020

Təşkilat hesabat hazırlayıb

BMT-nin araşdırmacıları çərşənbə günü Venesuela təhlükəsizlik qüvvələri və müttəfiq qrupların sistematik qətl və işgəncələrlə insanlığa qarşı cinayət törətdiyini qeyd edib, - “Reuters” xəbər verir.

“Prezident Nikolas Maduro ilə Daxili işlər və Müdafiə nazirlərinin müxalifəti susdurmaq üçün hesabatda sənədləşdirilən cinayətlərə əmr verdiklərini düşünmək üçün yetərli səbəblər var”, - onlar qeyd edib.

“Dövlət tərəfindən həyata keçirilən edamların əksəriyyəti qanunun aliliyi və demokratik təsisatların dağıldığı Venesuelada mühakimə olunmadan baş verib”, - hesabatda bildirilir.

Birləşmiş Millətlər Təşkilatının fakt araşdırma missiyası digər milli yurisdiksiyaların və 2018-ci ildə Venesuela ilə əlaqədar ilkin araşdırmaya başlamış Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) cinayət əməllərinə baxmalı olduğunu qeyd edib. Missiya qurban olaraq təyin etdiyi şəxslərin adlarını açıqlayacaq məlumat bazasını paylaşacağını bildirib.

Nikolas Maduro

Nikolas Maduro

Source: arxiv

“Missiya Venesuela rəsmiləri və təhlükəsizlik qüvvələrinin 2014-cü ildən bəri ciddi insan hüquqları pozuntularını həyata keçirdiyinin təsdiqi olaraq əsaslar tapıb, bunlardan bəziləri - özbaşına qətllər və sistematik işgəncə də daxil olmaqla - insanlığa qarşı cinayətdir”,- sədr Marta Valinas açıqlamasında bildirib.

Maduronun solçu hökuməti tərəfindən hesabata şərh bildirən olmayıb.

Hesabat 270 qurban, şahid, keçmiş məmur və vəkillərlə aparılan müsahibə və məxfi sənədlər əsasında hazırlanıb.

Hesabatda hərbi, polis və kəşfiyyat zabitlərinin məhkəmədənkənar qətllər törətdiyi də qeyd edilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 September 2020
Featured in:  
Shortlink:   http://mtv.re/ft7105

Most Viewed