BMT

Source: meydan tv

Caption: BMT

BMT: Əfqanıstanda son dörd ildə uşaqlara qarşı 14 min zorakılıq faktı qeydə alınıb

Qurumun Baş katibi Antonio Guterres vəziyyəti şiddətlə qınadığını deyib

Əfqanıstanda son dörd ildə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi 14 mindən çox uşağın zorakılıqlarla qarşılaşmasına səbəb olub. BMT-nin hesabatında qeyd edilir ki, bu illər ərzində Əfqanıstanda 3500 uşaq öldürülüb.

BMT-nin Baş katibi Antonio Guterres bütün tərəflərin etdiyi kobud qanun pozuntularının narahatlıq səviyyəsinə çatdığını və bütün bu zorkılıqların ağır yükünü uşaqların daşıdığını bildirib. O, yaranmış vəziyyəti şiddətlə qınayıb.

Hesabatda deyilir ki, indiyədək 9 minə yaxın uşaq silahlı qarşıdurmada yaralanıb.

Guterres həmçinin bildirib ki, 2015-18-ci illərdə öldürülən və ya xəsarət alan uşaqların sayı bütün mülki itkilərin üçdə birini təşkil edib. “Bu, əvvəlki dörd ilə nisbətən uşaq itkisində 82 faiz artım deməkdir” deyə, o qeyd edib.

Əfqanıstanda uşaqlar və silahlı qarşıdurmalarla əlaqədar hazırlanmış dördüncü hesabatda bildirilir ki, uşaq ölümü və ya xəsarətin artmasının səbəbi müharibənin partlayıcı qalıqları, hava hücumları olub.

Hesabatda bildirilir ki, bu rəqəm hava hücumları nəticəsində öldürülmüş mülki şəxslərin 40 faizini təşkil edir.

Guterres hökumət və hökumətyönlü qüvvələr tərəfindən edilən hava əməliyyatları nəticəsində ölən və yaralanan uşaqların çoxluğundan son dərəcə narahat olduğunu bildirib.

BMT-nin Baş katibi xüsusilə vurğulayıb ki, silahlı qruplaşmalar uşaq itkisinin 43 faizi (3450 nəfər öldürülmüş və 9.149 nəfər yaralanmış uşaq) üçün məsuliyyət daşıyır. “Hökumət və hökumətyönlü qüvvələr isə uşaq itkilərinin 30 faizinə cavabdehdir”, - o bildirib.

Hesabatda bildirilir ki, BMT 274 uşağın silahlı qruplar və hökumət qüvvələri tərəfindən hücumlarda istifadə edildiyini təsdiqləyib. Əfqan münaqişəsində işə cəlb olunan və istifadə olunan uşaqların həqiqi sayının daha çox olduğu deyilir. 2016-cı ildə silahlı qruplar tərəfindən 3.000-dən çox uşaq istifadə edilib.

Ayrıca 13 oğlan və dörd qıza qarşı cinsi zorakılığın sənədləşdirildiyini qeyd edən Guterres əsl sayın daha yüksək olduğunu bildirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/hsajgl

Most Viewed