BMT: Camal Qaşıqçı Səudiyyə rəsmiləri tərəfindən planlı şəkildə vəhşicəsinə öldürülüb

“Səudi jurnalistin öldürülməsi Səudiyyə Ərəbistanı dövlətinin rəsmiləri tərəfindən həyata keçirilib”

Source:

Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti istintaqını icra edən Birləşmiş Millətlər Təşkilatının qanunsuz edamlar üzrə xüsusi məruzəçisi Agnes Callamard ötən həftə Türkiyədə də davam etdirdiyi işləriylə əlaqədar açıqlama verib.

İyun ayında hesabat hazırlanacaq

Callamard fevralın 7-də verdiyi açıqlamasında “Jurnalist Camal Qaşıqçı əvvəldən planlı bir şəkildə vəhşicəsinə öldürülüb,” – deyib: “Qaşıqçı cinayəti Səudiyyə Ərəbistanı dövlət rəsmiləri tərəfindən reallaşdırılıb”.

Özü ilə çalışan qrupun Türkiyə Kəşfiyyat Xidməti tərəfindən əldə edilən “ürpərdici və qorxunc” səs qeydlərinin bir qisimini əldə etdiyini də ifadə edən Callamard “Səudiyyə Ərəbistanı İstanbuldakı konsulluğunda işlənən cinayətin araşdırılmasında Türkiyənin səylərini də ciddi şəkildə baltaladı,”- deyib.

Cinayətlə əlaqədar hər hansı bir məlumatı olan varsa, onlarla ünsiyyətə keçməsini istədiklərini də dilə gətirən Agnes Callamard bu məlumatların iyun ayında nəşr olunacaq yekun hesabat öncəsində əllərini gücləndirəcəyini və bu cinayətdə məsuliyyət daşıyan insanların cəzalandırılmasına töhfə verəcəyini qeyd edib.

O, həmçinin Qaşıqçı cinayətilə bağlı mühakimə olunan 11 nəfərin məhkəmə prosesinin ədalətliliyi ilə bağlı “əsas narahatlıqlar” olduğunu dilə gətirib.

Callamard iyun ayında BMT İnsan Hüquqları Şurasına yekun hesabat təqdim etməyi planlaşdırır.

Prezident, Birləşmiş Millətlər Təşkilatının hesabatının ardından Səudiyyə Ərəbistanının Camal Qaşıqçı cinayətinin şübhəlilərini Türkiyəyə verməli olduğunu bildirib.

Qaşıqçı cinayətində şəffaflığın olmaması narahatedicidir

Türkiyə Prezidenti İctimai Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun BMT hesabatı üzərində şərh edərək bunları söyləyib: “Türkiyənin tapıntıları BMT hesabatının nəticələrinə bənzəyir. Qaşıqçı cinayətində şəffaflığın olmaması narahatedicidir. Bu vəziyyət Səudi rəhbərliyinin etibarlılığına zərər verir. Səudiyyə orqanları planlı bir cinayətlə Türkiyədə Qaşıqçıyı öldürən qatilləri ölkəyə təhvil verməlidir”.

Qaşıqçının nəşi tapılmadan cinayət işi bağlanmamalı

“Qaşıqçının nəşinin qalıqları onun vəhşicəsinə öldürülməsinin ardından hələ da tapılmayıb. Qaşıqçının sevdiklərinin dua etməsi üçün məzarı belə yoxdur,”- Qaşıqçının nişanlısı deyib.

Xədicə Cengiz fevralın 8-də İstanbulda “Camal Qaşıqçı: Həyatı, Mübarizələri və Sirləri” kitabınıntəqdimatında “cəsədin tapılması bizim üçün vacibdir, onu sevənlərin onun üçün dua edə bilməsi üçün belə bir yer olsun,”- söyləyib.

228 səhifəli kitab iki türk jurnalist tərəfindən yazılıb və X.Cengizlə müsahibə üzərində qurulub. X.Cengiz bu kitabı Qaşıqşının heç kimə bəlli olmayan tərəflərini əks etdirən “emosional” əsər adlandırıb.

Qaşıqçı ötən ilin oktyabr ayının 2-də Saudiyyə Ərəbistanın İstanbul konsulluğunda Cengizlə evlənmək üçün lazım olan sənədləri götürməyə getdiyi zaman qətlə yetirilib. Qaşıqçının ölümündən sonra ziddiyətli açıqlamalar edən Riyad deyib ki, onun Səudiyyə Ərəbistanda dönməsi planı suya düşdükdən sonra jurnalist öldürülüb və onun bədən üzvləri hissələrə parçalanıb. Qaşıqçının vəhşicəsinə öldürülməsi media azadlığıyla bağlı diqqəti Səudiyyə Krallığına yönəldib.

Ana səhifəXəbərlərBMT: Camal Qaşıqçı Səudiyyə rəsmiləri tərəfindən planlı şəkildə vəhşicəsinə öldürülüb