Bəşir Zeynalovun evi

Source: Meydan TV

Caption: Bəşir Zeynalovun evi

Birinci qrup əlil: Əməliyyat üçün kreditə girdik

“Qardaş qardaşın üstünə borca gedir, yoxdu deyə utanır”

Qəbələnin Zarağan kəndində yaşayan Bəşir Zeynalov birinci qrup əlildir. Səkkiz il əvvəl avtomobil qəzasında ciddi xəsarət alan 47 yaşlı sürücü iş qabiliyyətini itirib.

“Stulda otura bilmirəm”

2012-ci ildə baş verən hadisə Bəşir Zeynalovun həyatını tam dəyişib. Qəzada üç onurğa fəqərəsi zədələnib. O vaxt Bakıda əməliyyat olunub, fəqərələrdən birinə tənzim cihazı qoyulub.

“Həmin gündən ağrı bir saniyə də dayanmayıb. Qolumda, kürəyimdəki ağrılar çox əziyyət verir. Yuxusuzluq olur, səhərə qədər başağrısı verir. Məndə ilik əzilmişdi. Həkim deyirdi ki, bədən müqavimətinə uyğun bərpa olunmalıdı. Həm axsayıram, həm təngnəfəs oluram. Çox çətinliklə hərəkət eləyirəm. Beş metr gedəndən sonra dizlərim üstündə dincəlməli oluram. Elə vaxt olur ki, əzələ boşalır, ayağım getmir. Stulda, ümumiyyətlə, otura bilmirəm”.

Bəşir Zeynalov bu illər ərzində imkanı çatdığı qədər müalicə olunmağa çalışıb. İki dəfə Bakı Bərpa Mərkəzində olub: “Sonra çağırmadılar. Bir az da imkana bağlı olan məsələdi. Karantin də düşüb, heç müalicə oluna bilmirəm. Bu dəqiqə çox ehtiyac var”.

Bəşir Zeynalov bu yerdə xatırlayır ki, 8 il əvvəl əməliyyat olunanda kredit götürmək məcburiyyətində qalmışdılar: “Sonra birtəhər ödəyib qurtardıq”.

“Evə əsas pul gətirən mən idim”

Qəzaya qədər “Kamaz” sürmək Bəşir Zeynalovun ailəsini dolandırmağa çox kömək edirmiş. Dediyinə görə, hətta böyük yükün öhdəsindən gələ bilirmiş.

“Anamdı, qardaşımın ailəsidi, mənim ailəmdi - hamımız bu köhnə evdə yaşayırıq. Anamın, mənim pensiyamın hesabına dolanmağa çalışırıq. Ailəyə başqa pul gəlmir. Ümumilikdə 9 nəfərik. Mən bu vəziyyətdə, üstəlik, qardaşımın övladlarından biri də xəstədi. Dolanışıq problemi var. Əvvəllər belə deyildi. Evə əsas pul gətirən mən idim. Böyük qardaşım var, hətta onlara da əl tuturdum”.

Bəşir Zeynalov

Bəşir Zeynalov

Source: Meydan TV

Bəşir Zeynalov maddi sıxıntıları çox dilə gətirmək istəmir. Utanaraq deyir ki, işığa, qaza görə borc yığılıb: “200 manat işığadı, 150 manat civarında qaza. Qaz üçün gətirib smart sayğac quraşdırıblar. Nə pul qoyuramsa, yarısı borca çıxılır”.

İş qabiliyyətini itirən sürücü pandemiya dövründə işsizlərə verilən 190 manatı ala bilməyib. Əlilliyə görə təqaüd almasını imtinaya əsas göstəriblər:

“Sosial yardıma üç dəfə müraciət eləmişəm. Deyirlər ki, adına torpaq var. Halbuki, adıma heç nə yoxdu. Elə suallar verirdilər ki... Məsələn, soruşurdular ki, ayda nə qədər kontur işlədirsən? Belə məntiqsiz şeylər. Çox uzadırlar”.

“Mağazadan ərzağı nisyə götürürük”

Böyük bir ailənin yaşadığı ev çox yararsız görünür. Evin döşəməsi, tavanı hər şeydən xəbər verir. Bəşir Zeynalov bu problemi də həll etməyə çalışıb.

“Bir dəfə icra hakimiyyətinə müraciət elədim, istəyirdim ki, yaxınlıqdakı hərbi şəhərcikdən ev versinlər mənə. Aramızda 150-200 manat məsafə var. Cavab gəldi ki, Müdafiə Nazirliyinin nəzdindədi, yalnız hərbçilərə ev verilə bilər. Halbuki, kənddə çox adi adamlara ev verilib”.

“Sosial yardıma üç dəfə müraciət eləmişəm"

“Sosial yardıma üç dəfə müraciət eləmişəm"

Source: Meydan TV

Bəşir Zeynalov ev almaq istərkən Qəbələdə aeroport yolu layihəsi zamanı torpağının bir hissəsini itirib. Yol kənarındakı evlərə hasar çəkilib, bu zaman kənd sakininin ərazisinin 2.5 sotu kənarda qalıb: “Hasarı gözəyarı çəkiblər. İndi o yer havada qalıb. Mən onda xəstəxanada olmuşam. İndi torpağın özəlləşdirmə kağızında daha az ərazi yazılıb”.

Söhbət zamanı məlum olur ki, ailə mağzadan ərzağı nisyə götürür. Amma əlil təqaüdü borcu birdəfəlik bağlamağa imkan vermir: “Pensiya alanda gedib yarısını ödəyirəm. Sonra yenə üstünə borc yığılır”.

Bəşir Zeynalov danışır ki, qohum-əqrəbadan heç nə ummur. Çünki heç kimin sosial vəziyyəti sabit deyil:

“Özümüzə baxanda bilirəm. Qınamağın yeri yoxdu. Qardaş qardaşın üstünə borca gedir, yoxdu deyə utanır”.

Onunla sağollaşanda əməliyyatdan sonrakı bir epizodu xatırlayır. Birinci qrup əlillik alanda ona araba vermək istəyiblər, götürməyib: “Dedim, kimin daha çox ehtiyacı varsa, ona verin...”

Bəşir Zeynalov ev almaq istərkən Qəbələdə aeroport yolu layihəsi zamanı torpağının bir hissəsini itirib

Bəşir Zeynalov ev almaq istərkən Qəbələdə aeroport yolu layihəsi zamanı torpağının bir hissəsini itirib

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/iozecw

Most Viewed