Elçin Babayev

Source: meydan tv

Caption: Elçin Babayev

BDU-nun rektoru: Təhsil müəssisəsində aparılan islahatlara müqavimət var

Article was updated on :  16 July 2019

Nabatəli Qulamoğlu: ''Yeni rektor opponentlərinə qarşı mübarizəni gücləndirmək istəyir''

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev təhsil müəssisəsində aparılan islahatlara müqavimət olduğunu bildirib. Rektor deyib ki, aparılan dəyişiklikləri hamı birmənalı qarşılamır, hətta buna açıq şəkildə müqavimət göstərənlər də var.

Rektor aparılan islahatlarda məqsədin BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaq olduğunu söyləyib:

“Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq”.

Onun sözlərinə görə, universitetlər piar sahəsində rəqabət aparmalıdır:

“Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə, həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır”.

Meydan TV-ə məsələni şərh edən təhsil üzrə ekspert Kamran Əsədov xatırladıb ki, Bakı Dövlət Universitetinin bu yaxınlarda 100 illiyi qeyd olunacaq.

“Təəssüf ki, son 20 ildə universietdə xoş olmayan ənənə formalaşıb. Rektor əlçatan deyildi, semester imtahanlarına kənar müdaxilələr vardı, tələbələrin bilik və bacarıqları keyfiyyətli qiymətləndirilmirdi, dövlət imtahanları, diplom, sərbəst iş kimi proseslər şəffaf həyata keçirilmirdi. Ancaq Elçin Babayevin təyinatından sonra universitetin keyfiyyət istiqamətində, beynəlxalq reytinqin yüksəldilməsi üçün iş aparılır. Kadr və struktur islahatları daha çevik, mobil, sistemləşdirici şəkildə gedir. Ancaq xarici dil bilməyən, xarici dərgilərdə bir məqaləsi dərc olunmayanlar bu dəyişikliklərə müqavimət göstərirlər. Kimlərinsə bazarı bağlandığına görə onları təhsilin keyfiyyəti yox, gəlirləri maraqlıdır”.

Kamran Əsədov

Kamran Əsədov

Source: meydan.tv

Kamran Əsədov hesab edir ki, hazırda universitetin qarşısında parallel olaraq bir neçə vacib işin həyata keçirilməsi məqsədi dayanıb. Onun sözlərinə görə, birinci növbədə tələbə yataqxanası problemi həll edilməlidir, ikinci, universitetin beynəlxaq reytinqi yönündə iş aparılmalıdır.

“Xüsusilə xarici tələbələr BDU-ya cəlb olunmalıdır, elektron sistem inkişaf etdirilməli, semestr imtahanları fərqli yöndə aparılmalı, dərslərin online sistemi həyata keçirilməli, əsasən də dünya reytinqdə ilk yüzlükdə olan universitetlərin təcrübəsi tətbiq olunmalıdır. BDU ən azından dünya universitetlərinin ilk minliyində olmalıdır. 100 yaşı olan universitetdən yalnız iki müəllimin dünya reytinqində yeri olan dərgidə məqaləsi çıxır, onlar da yaşlı insanlardır. Ona görə dərsliklər, proqramlar yenilənməlidir. Elçin Babayev bu istiqamətdə iş apardığından müqavimətə rast gəlir”.

Onun həmkarı Nabatəli Qulamoğlu isə fərqli düşünür.

Nabatəli Qulamoğlu iddia edir ki, yeni rektor opponentlərinə qarşı mübarizəni gücləndirmək istəyir, kimlərisə işdən kənarlaşdırmaq niyyətindədir, ona görə belə açıqlamalar verir:

Nabatəli Qulamoğlu

Nabatəli Qulamoğlu

Source: meydan.tv

“Ola bilər, yanlış düşünürəm. Əslində, Elçin Babayev müqavimət göstərənlərin olduğunu söyləyirsə, deməli, keçmiş rektor Abel Məhərrəmovun təhsil müəssisəsində kölgəsi qalır”.

O bildirib ki, universitet rəhbərliyi tədris prosesinin müasir zamanla uyğunluğunu qurmağa çalışmalıdır, qalan işlər öz axarına düşəcək.

Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1919-cu il 1 sentyabr tarixli iclasında Bakı Dövlət Universitetinin təsis edilməsi haqda qərarı qəbul edilib. BDU ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev martın 11-də Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  16 July 2019
Featured in:  
Shortlink:   http://mtv.re/x6fa7y

Most Viewed