İkram Rəhimov

Source: meydan tv

Caption: İkram Rəhimov

Baş redaktor: İşbirliyinə yox deməyim Əli Həsənovun göstərişini tezləşdirdi

İkram Rəhimova hökm oxundu

“Realliq.info” saytının həbsdə olan təsisçisi və baş redaktoru İkram Rəhimova hökm oxunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il 6 ay azadlıqdan məhrum edilib. Hakim Əlövsət Abbasovun sədrliyilə çıxarılan hökmə əsasən, İ.Rəhimov rəhbərlik etdiyi saytlarda ayrı-ayrı şəxslər haqqında onları biabır edən yazılar yaymaq hədəsilə, onlardan pul almaqda təqsirli bilinib.

İ.Rəhimov isə ittihamı qəbul etmir və sifarişlə həbs olunduğunu bildirir.

İyunun 12-də məhkəmədə əvvəlcə onun vəkili Elçin Sadıqov müdafiə çıxışı edib. Vəkil bəraətverici əsaslarla İ.Rəhimov haqqında cinayət işinə xitam verilməsini istəyib.

Daha sonra baş redaktor özü məhkəmədə son sözünü deyib. O, həbsinə görə prezidentin köməkçisi Əli Həsənovu günahlandırıb: “Mənim müstəqil fəaliyyətim daim azad mətbuatın düşməninə çevrilən müəyyən qüvvələri narahat edib. Təkcə 2016-2018-ci illərdə mənə qarşı artan haqsız təzyiqlərə diqqət yetirsək, görərik ki, ölkədə medianı nəzarətdə saxlamaq istəyən qüvvələr hansı qanunsuzluqları həyata keçiriblər. Prezident Aparatına dəvət olunmağım, sözügedən şəbəkə rəhbərliyinin qanunsuz təklifinə, işbirliyi istəyinə “yox” deməyim Əli Həsənovun mənim azadlığımın məhdudlaşdırılmasına göstəriş verməsini tezləşdirməkdə idi. Onun himayəsində olan Mətbuat Şurası rəhbərliyinin, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin hüquq-mühafizə orqanlarına mənimlə bağlı müraciətləri, tabeliklərindəki media orqanlarında mənim həbsimi tələb etmələri əsas niyyətin nədən ibarət olduğunu göstərirdi. Çünki dövlətin mediaya ayırdığı milyonlarla vəsaitin mənimsənilməsi, saxta sənədlərlə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundakı yeyintilər, bu fondun vəsaitlərinin medianın inkişafına yox, şəxsi ciblərə getməsi barədə yazılarım, ortaya qoyduğum faktlar rezonans yaratmışdı”.

İ.Rəhimov bildirib ki, bu gün həbsdə olmasının səbəbi cinayətkar olması deyil, Əli Həsənov və onun nəzarətində olanların əməlləri barədə yazdıqlarıdır. O xatırladıb ki, “Əli Həsənova açıq məktub – özümü sizin yerinizə qoya bilmədim” başlıqlı yazı saytda yayımlanandan dərhal sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onu izləyib və dörd saat sonra da həbs edilib.

İ.Rəhimov bildirib ki, zərərçəkmiş qismində tanınan şəxslərin onun əməllərindən DTX-ya şikayət etməsi barədə yazılanlar da yalandır. Onun sözlərinə görə, pul aldığı iddia olunan və zərərçəkmiş qismində tanınan şəxsləri istintaq özü düzüb-qoşub. Baş redaktor yada salıb ki, zərərçəkmişlər məhkəmədə dindirilərkən istintaqdakı ifadələrdən imtina etdilər, şikayətçi olmadıqlarını dedilər.

“Bu, mənim məhkəmədə son sözümdür. Amma həyatda hələ sözüm bitməyib”, - İ.Rəhimov son sözünü belə yekunlaşdırıb.

Daha sonra müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, onun 5 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmü elan ediblər.

İ.Rəhimov ötən il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, İ.Rəhimov müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla onları hədələyib, həmin materialların silinməsi üçün pul tələb edib. Dövlət Təhlükəsizliyi Xidmətinə onun bu əməllərindən ziyan çəkənlərdən çoxlu şikayətlər daxil olub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/jmhcjb

Most Viewed