Baş prokurorun keçmiş müavininə hökm oxundu

Məmmədvəli Sadıqov dələduzluqda ittiham edilir

Source: Cebhe.info

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Baş prokurorun sabiq müavini, vəkil Məmmədvəli Cəfərova hökm oxunub. Hakim Rasim Sadıxovun sədrliyilə çıxarılan hökmə əsasən, M.Cəfərov 6 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə təqsirli bilinib.

M.Cəfərov 1997-2008-cillərdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2008-2012-ci illərdə Qaradağ rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri olmuş, daha sonra rüşvətə görə həbs edilmiş Rəhman Yusifovu buraxdırmaq adıyla onun oğlu Rəşaddan 150 min pul alıb aldatmaqda ittiham edilir. Rəhman Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il azadlıqdan məhrum edilmiş, Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlamışdı. Bundan sonra Rəşad Yusifov atasının müdafiəsi üçün M.Vəliyevlə müqavilə bağlayıb. O, iddia edir ki, vəkil ondan pulu Ali Məhkəməyə verməklə atasını buraxdırmaq adıyla alıb.

M.Cəfərov isə ittihamı rədd edir, özünü təqsirli bilmir. Məhkəmədə son sözündə bildirib ki, Rəşad Cəfərov atasının pullarını, o, həbsdə olduğu dövrdə qumarda uduzub: "Atasının qarşısında buna görə hesabat verə bilmir. Bu səbəbdən də məni şərləməklə özünü təmizə çıxarmaq istəyir".

M.Cəfərov əlavə edib ki, bu işdə Rəşada şahidlik edib, onun yanında pul verildiyini iddia edən dostu Rüfət Yüzbaşov özü də qumarxana saxlamağa görə həbs olunub: "Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs edib".

Təqsirləndirilən vəkil son sözündə məhkəmədən bəraət istəyib. Amma bir neçə dəqiqə sonra məhkəmə onun haqqında ittiham hökmünü elan edib.

Rüşvət ittihamıyla həbs olunan Rəhman Yusifov 2016-cı ildə vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Onun oğlu məhkəmədə bildirib ki, pulun 60 min manatından bir qədər çoxu ona qaytarılıb.

Ana səhifəXəbərlərBaş prokurorun keçmiş müavininə hökm oxundu