Əbülfət Rzayev

Source: meydan tv

Caption: Əbülfət Rzayev

''Bandotdelə'' yeni rəis təyin edilib

Nəsimi rayon Polis İdarəsinin rəisinə yeni vəzifə verilib

Xalq arasında “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) yeni rəisi müəyyən edilib.

Bu vəzifəyə polkovnik Əbülfət Rzayev təyin edilib.

O, bu günə qədər Nəsimi rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Əbülfəz Rzayev 1968-ci il avqust ayının 11-də Ordubad rayonunun Behrud kəndində doğulub.

Ə.Rzayev polis fəaliyyətinə Ukraynada başlayıb, 1989-1990-cı illərdə Donetsk vilayəti Kirovskoye Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri olub.

O, 1990-1996-cı illərdə M.F. Axundov adına APRDƏİ-də ali pedaqoji təhsil alıb. 1998-cı ildə BDU-nun hüquq fakultəsini bitirib. 2000-ci ildən BDU-nun hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasında müəllim işləyir.

Ə.Rzayev 1995-ci ildən Azərbaycan Daxili İşlər Nazirliyi sistemində xidmət edir. Polis polkovnik leytenantdır.

Ailəlidir. 4 övladı var.

Onun qardaşı Abbas Rzayev Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, digər qardaşı Xudu Rzayev isə “Minera GROUP” prezidentidir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/nv2m5t

Most Viewed