Bakı Uşaq və Gənclər Teatrı

Source: Foto: Meydan tv

Caption: Bakı Uşaq və Gənclər Teatrı

Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb

Teatrın adı dəyişdirildi

Bakı Uşaq Teatr bundan sonra Bakı Uşaq və Gənclər Teatrı olaraq fəaliyyətini davam etdirəcək.

Teatrın adının dəyişdirilməsi ilə bağlı təqdimat Mədəniyyət Nazirliyi tərəfindən verilib və hazırda bu işlərə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə gerçəkləşib.

Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, əməkdar artist İntiqam Soltanın sözlərinə görə, teatrın adının dəyişdirilməsində məqsəd daha geniş auditoriyanı əhatə etmək imkanı qazanmaqdır:

“Belə ki, teatrın fəaliyyətinin əsas istiqamətlərindən biri tamaşaçıların ən müxtəlif mövzularla bağlı maarifləndirilməsidir. İnsanların isə bütün yaşlarda maariflənməyə ehtiyacı var. Teatrın repertuarında indiyə qədər də ən müxtəlif yaş qrupları üçün nəzərdə tutulan tamaşalar var idi. Lakin çox vaxt teatrın adı geniş auditoriyanın tamaşalara cəlb olunmasına mənfi təsir edirdi. Bakı Uşaq və Gənclər Teatrı bundan sonra da öz ideyalarına sadiq qalacaq, tamaşaçıların asudə vaxtının təşkili ilə yanaşı, onların dünyagörüşünün inkişafına, gənc nəslin vətəndaş kimi formalaşmasına, dünyada baş verən proseslərlə ayaqlaşmasına xidmət edəcək”.

Bakı Uşaq Teatrı 2002-ci ildən fəaliyyət göstərir. Hazırda 18-ci mövsümünü yaşayan teatr indiyə qədər uşaqlar və böyüklər üçün 100-dən artıq tamaşa hazırlayıb. Azərbaycanda və ölkənin hüdudlarından kənarda ən müxtəlif festivallarda, teatrla bağlı konfranslarda və tədbirlərdə iştirak edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/a6g7lo

Most Viewed