AZ.TV

Source: modern.az

Caption: AZ.TV

AzTV-nin Bədii Şurasının tərkibi dəyişdi

Yeni tərkibdə Anar, Kamal Abdulla, Rasim Balayev var

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılan Bədii Şuranın tərkibində dəyişiklik olub.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şuranın yeni tərkibinə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq yazıçısı Kamal Abdulla, Xalq artisti, aktyor Rasim Balayev, Xalq artisti, diktor Ofeliya Sənani, Bakı Dövlət Universitetinin dekanı Vüqar Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, bəstəkar, Xalq artisti Eldar Mansurov, teatrşünas-tənqidçi, əməkdar incəsənət xadimi İlham Rəhimli daxildir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV QSC-də 2018-ci ilin sonundan etibarən TV sahəsində Bədii Şura fəaliyyət göstərir.

Bundan öncə Şura üzvləri, xalq artistləri - Ramiz Quliyev, Faiq Sücəddinov, Təranə Muradova, Mənsum İbrahimov, Mübariz Tağıyev, Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar İncəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, professor Ceyran Mahmudova olub.

Pandemiya ilə əlaqədar olaraq Bədii Şuranın iclasları ayda bir dəfə keçiriləcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/xdg3ag

Most Viewed