“Let me run” (“İzn ver, qaçım”) qısametrajlı filmi Londonda keçirilən “Fighting Spirit Film” beynəlxalq kino festivalında

Source: google.az

Caption: “Let me run” (“İzn ver, qaçım”) qısametrajlı filmi Londonda keçirilən “Fighting Spirit Film” beynəlxalq kino festivalında

Azərbaycanlı rejissorun işi “Ən yaxşı xarici film” mükafatına layiq görülüb

“İzn ver qaçım” filmi əlilliyi olan gəncin həyatından bəhs edir

Amerikada yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” (“İzn ver, qaçım”) qısametrajlı filmi Londonda keçirilən “Fighting Spirit Film” beynəlxalq kino festivalında “Ən yaxşı xarici film” mükafatına layiq görülüb.

“Let me run” filmi əlilliyi olan gəncin həyatından bəhs edir. Əsərin qəhrəmanı bütün çətinliklərə baxmayaraq, məqsədinə nail olmaq üçün maneələri dəf edir.

Filmdə əsas rolu Tural Manafov ifa edir. Filmin prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan Qoldberq və Zeke Ramazan Geisdir.

“İzn ver, qaçım” qısametrajlı filmi indiyə kimi Los-Anceles, Nyu-York və Torontoda keçirilən beynəlxalq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə qalib olub.

Elmar Bayramov

Elmar Bayramov

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/rw4ms2

Most Viewed