“Daxildəki ada” filmi

Source: google.az

Caption: “Daxildəki ada” filmi

Azərbaycanlı rejissor Sarayevo Film Festivalının qalibi oldu

“Daxildəki ada” filminin ssenari müəllifi də Rüfət Həsənovdur

Azərbaycanlı rejissor Rüfәt Hәsәnov (Ru Hasanov) Sarayevo Film Festivalında “ən yaxşı rejissor” nominasiyası üzrə qalib olub.

Rüfət Həsənov film festivalına "Daxildәki ada" filmi ilə qatılmışdı.

Rüfət Həsənov həm də filmin ssenari müəllifidir. Filmin operatoru Orxan Abbasov, quruluşcu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydinov, prodüsserləri Rüfət Həsənov və Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov ifa edir.

Filmin baş qəhrəmanı, şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır.

Ötən il isə Azərbaycanlı rejissor Hilal Baydarovun “Xurmalar Yetişən Vaxt” filmi də Sarayevo Film Festivalının ən yaxşı sənədli film üzrə "Heart of Sarajevo" mükafatına layiq görülmüşdü.

“Xurmalar Yetişən Vaxt” filmində kənd həyatının poetik təsviri ilə güclü ana portreti əks olunub.

Sarayevo Film Festivalı 1995-ci ildən keçirilir. İlk festival Bosniya və Herseqovinada müharibə gedən dövr, Sarayevonun mühasirəyə alındığı bir vaxtda keçirilib. O vaxtdan hər il avqust ayında keçirilir. Cənub-Şərqi Avropa bölgəsinin ən öndə gedən festivallarından olan Sarayevo Film Festivalını hər il 100 mindən artıq insan izləyir.

2004-cü ildən bəri festival "Heart of Sarajevo" adı altında ən yaxşı film, ən yaxşı qısametrajlı film, ən yaxşı sənədli film, ən yaxşı aktrisa və ən yaxşı aktyor mükafatı verir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/o8oqmj

Most Viewed