Azərbaycanlı jurnalist Fuad Abbasov

Source: Meydan.TV

Caption: Azərbaycanlı jurnalist Fuad Abbasov

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb

Mayın 18-də azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb. O, Rusiyadan deportasiya edilir. Bu barədə məlumatı "Report" İnformasiya Agentliyi yayıb.

Məlumatda bildirilir ki, Fuad Abbasov Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır və burada fəaliyyət göstərirmiş. Onun Rusiyadan deportasiya edilməsini buradakı bir neçə azərbaycanlı icması tələb edib. Bu tələblə məhkəməyə də müraciət ediblər.

Moskva Məhkəməsi isə mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb.

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıblar. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5tq24g

Most Viewed