Source: https://tr.mehrnews.com/

Gömrük Komitəsi: İran vətəndaşları geri qaytarılmayıb (yenilənib)

Article was updated on :  13 October 2021

22.00. Dövlət Gömrük Komitəsi iranlı sürücülərin buraxılması haqqında məlumatı təkzib edib. Komitə bu barədə yaydığı məlumatda qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

"İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdar Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə ediblər. Onlar Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiblər. Habelə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 və 318.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaqı aparılır".

***

Rəsmi açıqlama verilməyib

Azərbaycan tərəfindən saxlanılan iranlı sürücülər sərbəst buraxılıb. Məlumatı “Bloomberg”ə istinadən yayıb.

Yük maşını sürücüləri Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində saxlanılıblar. Azərbaycan tərəfi öz ərazisindən keçərək Ermənistana yük daşıyan maşınların vergi ödəməsini tələb edib. Bu, narazılığa səbəb olub, İranla Azərbaycan arasında münasibətləri gərginləşdirib.

Azərbaycan rəsmiləri bu barədə açıqlama verməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  13 October 2021
Featured in:  
Shortlink:   http://mtv.re/tyigc7

Most Viewed