Koronavirus

Source: Meydan.TV

Caption: Koronavirus

Azərbaycanda virusa 468 yeni yoluxma

123 nəfərin müalicə olunaraq sağaldığı bildirilir

İyulun 27-də Azərbaycanda 468 adam COVID-19 infeksiyasına yoluxub, 123 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 2 xəstə vəfat edib.

Opeartiv Qərargah Azərbaycanda indiyə qədər 341 183 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 332 259 nəfər müalicə olunaraq sağalıb, 5011 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3913 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 895, ötən müddətdə isə ümumilikdə 3 992 592 testin aparıldığını göstərib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/j3rxz4

Most Viewed