Azərbaycanda son sutkada 133 nəfər koronavirusa yoluxub

”Hazırda aktiv xəstə sayı 1595 nəfərdir”

Source: Meydan TV


1 nəfərin vəfat etdiyi bildirilir

"İyulun 13-də Azərbaycanda 133 adam COVID-19 infeksiyasına yoluxub, 71 nəfər müalicə olunaraq sağalıb".

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah

yayıb

.

Bildirilir ki, analiz nümunələri müsbət çıxan 1 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 337 min 456 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 330 min 873 nəfər sağalıb, 4 988 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1595 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 365, ötən müddətdə isə 3 milyon 867 min 916 testin aparıldığını açıqlayıb.

Ana səhifəSağlıqAzərbaycanda son sutkada 133 nəfər koronavirusa yoluxub