Azərbaycanda son sutkada 12 nəfər koronavirusdan vəfat edib

“Bugünkü test sayı isə 7231-dir”.

Source: Aziz Karimov


Operativ Qərargah: "349 adam COVİD-19 infeksiyasına yoluxub, 494 nəfər sağalıb"

Yanvarın 15-də Azərbaycanda 349 adam COVİD-19 infeksiyasına yoluxub, 494 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda 12 nəfərin vəfat etdiyi bildirilib.

Bugünkü göstərici bir gün əvvəlin statistikasından az olub. Ötən sutka koronavirusa yoluxma sayı 380 nəfər, ölüm sayı 14 olub.

Operativ Qərargah Azərbaycanda 226 min 549 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: “Onlardan 213 min 773 nəfər müalicə olunaraq sağalıb, 2983 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 9793 nəfərdir”.

Eyni zamanda, ötən müddət ərzində 2 milyon 302 min 843 testin aparıldığı xatırlanıb: “Bugünkü test sayı isə 7231-dir”.

Ana səhifəSosialAzərbaycanda son sutkada 12 nəfər koronavirusdan vəfat edib