Azərbaycanda koronavirus: yoluxma 100-dən aşağı düşdü

“Bugünkü test sayı isə 4815-dir”.

Source: Meydan TV


"Hazırda aktiv xəstə sayı 4478 nəfərdir"

Mayın son günü Azərbaycanda 92 adam COVİD-19 infeksiyasına yoluxub, 462 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, analiz nəticələri müsbət çıxan 6 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 333 min 956 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 324 min 565 nəfər müalicə olunaraq sağalıb, 4913 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4478 nəfərdir".

Eyni zamanda, ötən müddətdə 3 milyon 513 min 989 testin aparıldığı vurğulanıb: "Bugünkü test sayı isə 4815-dir".

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: yoluxma 100-dən aşağı düşdü