Azərbaycanda koronavirus: 255 yoluxma

Bu günə qədər ümumilikdə 3 914 819 testin icra olunduğu göstərilib.

Source: Meydan TV


1 xəstənin vəfat etdiyi bildirilib

İyulun 18-də Azərbaycanda 255 adam COVID-19 infeksiyasına yoluxub, 94 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün 1 xəstənin vəfat etdiyi bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 338 438 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 pasiyent ölüb. Hazırda 2 152 nəfər aktiv xəstə var".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 319, bu günə qədər ümumilikdə 3 914 819 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 255 yoluxma