Azərbaycanda koronavirus: 156 yoluxma, ölən yoxdur

İndiyədək 337 254 nəfər yeni koronavirus infeksiyasına yoluxub

Source: Meydan TV


"Hazırda aktiv xəstə sayı 1 508 nəfərdir"

İyulun 11-də Azərbaycanda 156 adam COVID-19 infeksiyasına yoluxub, 37 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün koronavirusdan ölən olmadığını əlavə edib.

Operativ Qərargah Azərbaycanda indiyədək 337 254 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 pasiyent vəfat edib. Hazırda aktiv xəstə sayı 1 508 nəfərdir".

O cümlədən, ölkədə son sutkada 10 144, hazırkı dövrədək isə 3 852 280 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 156 yoluxma, ölən yoxdur