"1 nəfər vəfat edib, 39 nəfər sağalıb"
İyulun 8-də Azərbaycanda 104 adam COVİD-19 infeksiyasına yoluxub, 39 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 1 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 336 788 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 1202 nəfərdir".
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 709, ötən müddətdə isə 3 821 726 testin aparıldığı vurğulanıb.