Source: Azərtac

Azərbaycanda I və IV siniflər üçün dərslər başlanıb

Sentyabrın 29-dan orta və ali məktəblər ənənəvi tədrisə qayıdır

Sentyabrın 22-dən 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində I və IV siniflər üçün dərslər başlayıb.

Bu il ümumtəhsil məktəblərinin I sinfində 158 608 şagird təhsil alacaq.

Sentyabrın 29-dan isə 5-11-ci siniflər və ali məktəblər ənənəvi tədrisə qayıdır.

Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda dəyişiklik edib.

Bildirilir ki, təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.

Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu və ya immunitet sertifikatı olmalıdır.

Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə bilər.

Məktəb yeməkxanalarının (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulmalıdır.

Təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılmalıdır.

Əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulub, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılmalıdır.

Yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır.

Yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılmalıdır.

Yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az olmamalıdır.

Oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır. İnternat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisnadır.

Təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin ediləcək.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/fwltaz

Most Viewed