Koronavirus

Source: Foto: arxiv

Caption: Koronavirus

Azərbaycanda: 143 yoluxma, 3 ölü

Article was updated on :  9 May 2020

Ramin Bayramlı: “Bütün elmi-statistik təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq”

Mayın 9-da Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq evə buraxılıb.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ramin Bayramlı bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib. O, hazırda Azərbaycanda 2 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktının müəyyən edildiyini qeyd edib:

“Onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188 950 test aparılib".

İdarə Heyətinin sədri regionlar üzrə koronavirusa yoluxma statistikasını da açıqlayıb:

“Bakıda koronavirusa yoluxma 47,5 faiz, Gəncə-Qazax regionunda 13,5 faiz, Aran regionunda 10, 2 faiz, Lənkəran regionunda 9,4 faiz olub. Xaricdən gələnlərin isə yoluxmada xüsusi payı 9,1 faiz təşkil edib”.

O, paytaxtda ən çox yoluxmanın Yasamal və Nəsimi rayonlarında qeydə alındığını vurğulayıb.

R.Bayramlının sözlərinə görə, Azərbaycanda 6-12 apreldə koronavirusa yoluxma ilə bağlı pik qrafik müşahidə olunub.

İdarə Heyətinin sədri sərt karantin rejimindən çıxdıqca ikinci dalğaya doğru bir artış gözlənildiyini bildirib:

“Biz bu dalğaya əvvəlcədən hazırıq. Bütün elmi-statistik təhlillər göstərir ki, ikinci dalğanı yaşayacağıq”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  9 May 2020
Featured in:  
Shortlink:   http://mtv.re/lw6802

Most Viewed