BMT-nin beynəlxalq məhkəməsi

Source: un.org

Caption: BMT-nin beynəlxalq məhkəməsi

Azərbaycan və Ermənistan bir-birinə qarşı iddianı məhkəməyə təqdim edəcək

Hər iki tərəf bir-birini irqi diskriminasiyada günahlandırır

Azərbaycan BMT-nin Beynəlxalq Məhkəməsinə Ermənistana qarşı iddia təqdim edəcək. Həmin iddiaya görə, Ermənistanın paytaxtı Yerevan İrqi diskriminasiyanın bütün formalarının ləğv edilməsi barədə Beynəlxalq Konvensiyanı müntəzəm şəkildə pozmaqda günahlandırılır.

Bu haqda Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva açıqlama yayıb.

“Azərbaycan yaxın günlərdə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edəcək. Məqsəd Beynəlxalq Məhkəmənin Ermənistanı “İrqi diskriminasiyanın bütün formalarının ləğv edilməsi barədə Beynəlxalq Konvensiyanı” müntəzəm şəkildə pozduğu üçün məsuliyyətə cəlb etməsidir”, – Abdullayeva deyib.

Onun söylədiyinə görə, Azərbaycan tərəfi azərbaycanlılara münasibətdə insan haqlarının kobud şəkildə pozulmasını sübut edən dəlilləri cidd-cəhdlə toplayır və sənədləşdirir. “Bura etnik əsillərinə görə azərbaycanlıların Ermənistan tərəfindən sürgün, işgəncə, qətl və kobud münasibət məqsədilə təqib edilməsi faktları daxildir”, – o, məsələyə aydınlıq gətirib.

Ermənistan həmçinin BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edərək, İrqi diskriminasiyanın bütün formalarının ləğvi barədə Beynəlxalq Konveniyaya uyğun olaraq, Azərbaycana qarşı iddia irəli sürüb. Bu barədə cümə axşamı instansiyanın mətbuat xidməti xəbər verib.

Erməni tərəfinin təqdim etdiyi iddiada “Azərbaycanın on illər ərzində Ermənistanı irqi diskriminasiyaya məruz qoyduğu” qeyd edilib. Ermənistan tərəfinin dediyinə görə, “bu pozuntular 2020-ci ilin sentyabrında baş vermiş münaqişə zamanı yenidən ön plana çıxıb. Həmin vaxt Azərbaycan tərəfi “konvensiyanı yenidən kobud şəkildə pozub”.

Ermənistan buna əsaslanaraq, Azərbaycanın Beynəlxalq Konvensiyanı pozduğunun tanınmasını və artıq verdiyi zərərə görə təzminat ödəməsini xahiş edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/3s1t03

Most Viewed