Azərbaycan-Slovakiya

Source: Foto: Azərtac

Caption: Azərbaycan-Slovakiya

Azərbaycan-Slovakiya oyununda ''istefa'' səsləndirənlərin saxlanıldığı deyilir

''Polislər azı 26 azarkeşi Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparıblar''

İyunun 11-də Bakıda AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Slovakiya oyunu keçirilib.

Slovakiya komandası 5-1 hesabı ilə qələbə qazanıb.

Azərbaycan komandasının məğlub olmasını etirazla qarşılayan azarkeşlər AFFA rəhbərliyinə qarşı istefa şüarlarını səsləndiriblər.

Məlumatı “komanda.az” saytı yayıb. Amma ikinci hissədən etibarən şüarların sayı azalıb. Səbəb arenaya çoxu mülki geyimdə olmaq şərti ilə xeyli polisin gəlməsidir. Onlar istefa şüarı səsləndirən azarkeşləri həbs edərək arenadan çıxarıblar.

“Polislər azı 26 azarkeşi Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparıblar. Həbslər isə hələ də davam edir,”- sayt əməkdaşı xəbər verib.

Bundan əvvəl Azərbaycan komandası Macarıstan yığmasına 3-1 hesabı ilə məğlub olmuşdu.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2k8rq7

Most Viewed