Azərbaycan ordusu 18 yaşlı əsgərini itirdi

Kənan Dadaşovun cəbhə bölgəsində həlak olduğu bildirilir

Source:
Şəhid (şərti foto)
Şəhid (şərti foto)

Azərbaycan ordusunun 18 yaşlı əsgəri Kənan Həsrət oğlu Dadaşov həlak olub. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində həyatını itirib.

12 Aprel 2000-ci il təvəllüdlü Kənan Dadaşov Astara rayonunun Pəlikeş kənd sakinidir.

Astara Rayon İcra Hakimiyyətindən xəbəri Meydan TV-yə təsdiqləsələr də, əsgərin hansı səbəbdən vəfat etdiyini bilmədiklərini deyiblər.

Pəlikeş kənd İcra nümayəndəsi Balakişi Rəhmanov da xəbəri təsdiqləyib:

“Eşitdiyimizə görə, düşmən gülləsinə tuş gəlib, şəhid olub. Hələ cənazəsi kəndə gətirilməyib, gözləyirik”.

Müdafiə Nazirliyi hadisə ilə bağlı hər hansı məlumat yaymayıb. Qurumdan məsələyə münasibət bildirilməyib.

Kənan Həsrət oğlu Dadaşov
Kənan Həsrət oğlu Dadaşov
Ana səhifəXəbərlərAzərbaycan ordusu 18 yaşlı əsgərini itirdi